Page 163 - talesiz
P. 163
ESİZ

çağırırdım, amma nә xeyri? Sәhәr mәni hamı ilә birlikdә 163
yük maşınının yaş kuzovuna tulladılar, sonra bizim
düşәrgә hospitalının yaxınlığındakı hansısa (doğru
anladımsa, adı Qleyna idi) şәhәrciyә apardılar. Kuzovun
arxa hissәsindәki sәliqәli açılıb-yığılan skamyada oturan
әsgәr nәmdәn parıldayan tüfәngini dizinin üstündә
tutmuşdu. O gah qaşqabaq tökür, gah başını bulayır, gah
da iyrәnirmiş kimi üz-gözünü büzürdü. Görünür, bizdәn
gәlәn pis qoxu gedib burnuna çatırdı. Bizә nәzarәt
elәmәli olan әsgәrin bu balaca yerdә başqa çıxış yolu yox
idi. Vә etiraf edim ki, üzünü belә eybәcәr şәkildә әymәsi
üçün hәr cür әsası vardı. Mәnә әn ağır gәlәni o idi ki, elә
bil әsgәr özlüyündә bizә dair hamıya bәlli olan hәqiqәtә
uyğun müәyyәn fikir yaratmışdı. Hәtta ona etiraz etmәk,
özümә bәraәt qazandırmaq istәdim. Yәni demәk istәdim
ki, bütün bu baş verәnlәrdә tәkcә mәn günahkar deyilәm
vә ümumiyyәtlә, mәn başqa adamam. Amma bunları
sübut elәmәk, tәbii ki, çox çәtin idi vә mәnә sadәcә sus-
maq qalırdı. Gәlib çatanda lap әvvәl qәfildәn rezin
şlanqdan (bağça sulayan kimi) tәzyiqlә üstümә tökülәn
su şırnağının altında sırada dayanmalı oldum. Nә qәdәr
çevrilsәm dә, su mәni davamlı şәkildә izlәyirdi vә
üstümdә qalmış son çirki-pası, onunla birlikdә dizimdәki
kağız sarğını da yuyub-apardı. Sonra mәni palataya
gәtirdilәr, köynәk verdilәr vә ikimәrtәbәli taxta çarpa-
yının aşağı qatında mәnә yer göstәrdilәr. Belәliklә,
yatağın sәlәfimdәn qalma, yaprıxmış, şübhәli lәkәlәrlә
dolu, iyrәnc qoxu verәn, eybәcәr şәkildә xırçıldayan
külәş döşәyinin üstündә yerimi rahatladım. Burada mәnә
dәyib-dolaşan yox idi, vaxtımı necә keçirәcәyimi özüm
müәyyәnlәşdirirdim. Yәni, nәhayәt ki, istәdiyim qәdәr
yatmaq imkanım vardı.

Görünür, köhnә vәrdişlәrimizi tәzә yerlәrә dә
özümüzlә aparırıq. Hospitalda mәn köhnә vәrdişlәrimlә
   158   159   160   161   162   163   164   165   166   167   168