Page 166 - talesiz
P. 166
66 İMRE KERTES

qaçırmazdım vә hansı blokdan gәldiklәri, düşәrgәdә nә
yeniliklәr olduğu vә beşinci blokda ortayaşlı, burnu
sındırılmış, qabaq dişlәri olmayan Bandi Sitrom adlı
dustağı tanıyıb-tanımadıqları barәdә onları sorğu-suala
tuturdum. Heç kim belә bir adamı xatırlamırdı.

Prosedurlarda digәr xәstәlәrdә dә mәnimkinә
oxşayan yaralar görürdüm. Belә yaralar hamının, әsasәn,
diz nahiyәsindә (kimdәsә bir az aşağıda, kimdәsә
yuxarıda), elәcә dә ombasında, yanında, әlindә, hәtta
boynunda vә kürәyindә olurdu. Sonralar öyrәndim ki,
bunların hamısı, elmi dildә desәk, fleqmona1 imiş.
Hәkimlәr deyirdilәr ki, düşәrgә şәraitindә belә irinlә-
mәnin tez-tez baş vermәsi qәribә, yaxud tәәccüblü hal
deyil. Az sonra hospitala ayağının bir, ya iki barmağı
(bәzәnsә bütün barmaqları) kәsilmәli olan xәstәlәr
gәtirilmәyә başlandı. Onlar deyirdilәr ki, bayırda –
düşәrgәdә artıq qışdır, taxta çәkmәlәrin içindә ayaqlarını
şaxta vurub. Bir dәfә sarğı otağına әyninә dәrzinin tikdiyi
xüsusi düşәrgә paltarı geymiş imtiyazlı dustaqlardan biri
daxil oldu. Çox hündürdәn sәslәnmәsә dә, “Bonjour!”
sözünü aydın eşitdim. Bu salamlaşmadan vә yaxasına
taxdığı qırmızı üçbucaqdakı “F” hәrfindәn fransız
olduğunu o saat anladım. Qolundakı sarğıda “O.arzt”2
yazılmışdı. Yәqin ki, bizim hospitalın baş hәkimi idi.
Çoxdan belә yaraşıqlı adam görmәdiyim üçün uzun-
uzadı ona baxdım. Çox da hündürboylu deyildi, amma
geydiyi kostyum nә kök, nә dә arıq olmayan mütәnasib
bәdәninә yaxşı oturmuşdu. Üzündәki ifadә vә gözәl
çalarlar fәrqliliyi, eyni zamanda harmoniyanı özündә
birlәşdirirdi. Yumru çәnәsinin ortasında balaca çala vardı.
Qarabuğdayı, bir az da zeytun yaşılına çalan dәrisi işıq

1 Fleqmona – birləşdirici toxumanın irinli iltihabı
2 Oberarzt – baş həkim (alm.)
   161   162   163   164   165   166   167   168   169   170   171