Page 169 - talesiz
P. 169
ESİZ

(mәnә aşağı yaruslardan biri düşmüşdü) şüşәsiz pәn- 169
cәrәdәn bomboz göy üzü görünürdü. Pәncәrәnin dәmir
barmaqlıqlarından hәmişә buz salxımları vә qırov sal-
lanırdı; böyük ehtimalla, içәridәki insanların nәfәsinin
istisindәn, yuxarı qalxan buxardan әmәlә gәlirdi. Mәnim-
sә әynimdә düşәrgә qaydalarına uyğun olaraq, xәstәnin
geymәli olduğu düymәsiz qısa köynәk, bir dә qışın
gәlişiylә әlaqәdar verilmiş qәribә, qulağıma kip oturan
vә alnıma düşәn toxunma papaq vardı. Öz formasına görә
daha çox konkisürәnlәrin, yaxud Mefistofel rolunu oy-
nayan aktyorların başlarına qoyduğu papağa oxşayırdı,
ümumilikdә isә çox lazımlı şeydi. Geyimim yüngül
olduğu üçün hәmişә üşüyürdüm. Üstümә örtmәyә biri
babat, digәri deşik-deşik olan iki adyal vermişdilәr. Sala-
mat adyalla o birinin cırıq yerlәrini örtә bilirdim. Adyal-
lardan biri әlimdәn alınandan sonra (sanitar guya onu
qaytarmaq şәrtilә müvәqqәti götürmüşdü) isә әmәlli-başlı
donurdum. Adyaldan ikiәlli yapışmışdım, amma xeyri
olmadı, sanitar mәndәn güclü çıxdı. Bu itkini mәnimçün
ikiqat ağırlaşdıran bir mәna vardı: adyalı, adәtәn, o
adamların әlindәn alırdılar ki (bunu özüm dә dәfәlәrlә
müşahidә elәmişdim), onsuz da, tezliklә bu, ona lazım
olmayacaq; yәni belә xırda şeylәr onlar üçün artıq heç bir
әhәmiyyәt kәsb etmir.

Bәzәn aşağı çarpayıdan, haradasa arxa tәrәfdәn
eşitdiyim bir sәs (sonralar tanış sәsә çevrildi) mәni tәşvi-
şә salırdı. Ehtimal ki, sanitar idi, hәr yerә göz gәzdirib
qucağındakı xәstәni qoymağa yataq axtarırdı. Tәlәbkar
sәsindәn hamımızın yaxşı tanıdığı xәstәyә vәziyyәtinin
ağırlıq dәrәcәsinә görә vә hәkimin göstәrişiylә ayrıca
çarpayı verilmәliydi vә onun vahimәli fәryadı bütün
hospitalı başına götürmüşdü: “Etiraz edirәm!” Xәstә
sözlәrinә belә haqq qazandırırdı: “Mәnim buna haqqım
   164   165   166   167   168   169   170   171   172   173   174