Page 174 - talesiz
P. 174
474 İMRE KERTES

amanlıq içindә qalmışam. Nә soyuğu hiss etmişәm, nә
ağrını, sifәtimә yağışla qarın arasında olan ucu şiş, tikanlı
bir şeyin yapışdığını fәhmlә hiss elәmişәm. Nә barәdәsә
düşünürdüm, nәyәsә baxırdım, heç bir hәrәkәt etmәdәn,
başımı döndәrmәk zәhmәtinә qatlaşmadan nәlәrsә baxış
dairәmә daxil olurdu: mәsәlәn, başımın üstündәki alçaq,
boz, sonsuz göy üzü, daha dәqiq desәm, o göy üzünü
mәndәn gizlәyәn tutqun, tәnbәl-tәnbәl axan boz buludlar.
Bununla belә, o buludlar aradabir parçalanırdı vә onların
boz topasında gözlәnilmәdәn qәfil çatlaqlar, işıq zolaqları
әmәlә gәlir vә mәndә o sonsuz dәrinliyә qәribә bir inam
yaradırdı (mәnә elә gәlirdi ki, hәmin anlarda o dәrin-
likdәn bәsirәtli baxış üzümә zillәnir). Orada kiminsә
qeyri-müәyyәn rәngdәki gözlәri görünür, mәnә çoxdan,
lap çoxdan Osvensimdә baxan hәkimin gözlәrini
xatırladırdı. Bilavasitә yaxınımda çox yöndәmsiz bir
predmet vardı – taxta altlıqlı başmaq. Digәr tәrәfdәn,
mәnimkinә oxşayan boz rәngli Mefistofel papağı, iki dik
çıxıntı (burun vә çәnә) vә onların arasındakı tutqun çökәk
– kiminsә sifәti idi. Onun dalınca bulanıq şәkildә digәr
başlar, әşyalar, cisimlәr görünürdü. Başa düşdüm ki,
nәqliyyatın qalıqlarıdır, daha dәqiq desәm, yolun
kәnarında müvәqqәti yığılıb qalmış qalıqlardır. Bir
müddәt (bir saat, bir gün, ya bәlkә, bir il) sonra, nәhayәt,
sәslәr eşidilmәyә başladı. Yaxınlıqda iş gedirdi, kimsә
işlәri yoluna qoymağa gәlmişdi. Yaxınlığımdakı baş
birdәn havaya qalxdı, düşәrgә paltarının zolaqlı qollarını
gördüm. Kiminsә әllәri cansız bәdәni yerdәn götürüb,
taxtadan kobud şәkildә düzәldilmiş arabaya bәnzәr bir
şeyin içәrisindәki cәsәdlәrin üstünә tullamağa hazır-
laşırdı.

Bu an qulağıma zorla anladığım bәzi qırıq-qırıq
sözlәr dәydi. Xırıltıyla deyilәn “eti-raz edi-rәm” sözlәrini
çәtinliklә eşidә bildim. Bәdәn bir anlıq havadan asılı
   169   170   171   172   173   174   175   176   177   178   179