Page 175 - talesiz
P. 175
TALESİZ 175

qaldı vә onu qaldıran adam elә bil tәәccüblәndi. Elә o an-
daca başqa sәs gәldi. O sәs xoş vә mehribandı, üstәlik,
kifayәt qәdәr cәsarәtli idi. Alman sözlәri qulağıma bir az
yad gәldi. Sözlәr düşәrgәsayağı sәslәndi vә bir az
anlaşılmazlıq, demәk olar ki, tәәccüb yaratdı: “Was? Du
willst noch leben?”1 Doğrudan da, can verәn insanların
yaşamaq istәyi o dәqiqәlәrdә mәnә qәribә, izaholunmaz,
hәtta ümumilikdә cәfәng göründü. Onda özlüyümdә
qәrar verdim ki, belә axmaqcasına davranmayacağam.
Elә bu anda kimsә mәnә sarı әyildi, gözlәrimi qıymağa
mәcbur oldum. Kiminsә әllәri üzümü, gözlәrimi yox-
lamağa başladı. Sonra mәni kiçik arabaya, o biri cәsәd-
lәrin üstünә tulladılar vә harasa apardılar (hara
apardıqları ilә maraqlanmadım). Mәni bir şey maraqlan-
dırır, hәmin an beynimdә bir düşüncә, bir sual fırlanırdı.
Yәqin, bu sualın cavabını o vaxta qәdәr bilmәmәyimdә
özüm günahkar idim. Mәn heç vaxt tәdbirli olmamışdım
vә burada – Buhenvaldda adәtlәrin, qaydaların, tәtbiq
olunan üsulların necә olduğunu soruşmamışdım. Yәni
maraqlanmamışdım ki, burada necә elәyirlәr; bu işi
Osvensimdә olduğu kimi, qaz kamerasının, yoxsa hansısa
dәrman vasitәsinin (bunu da eşitmişdim) kömәyilә, ya da
güllәylә, bәlkә, mәnim bilmәdiyim minlәrlә başqa vasi-
tәlәrdәn birinin yardımı ilә hәyata keçirirlәr. Hәr halda,
ümid elәyirdim ki, canım o qәdәr dә ağrımayacaq. Vә nә
qәdәr qәribә olsa da, bütün qәlbimi dolduran o ümidim
dә, belә ifadә etmәk mümkünsә, bizi gәlәcәklә bağlayan
bütün ümidlәr kimi qaynardır, gerçәkdir. Yalnız o zaman
anladım ki, şöhrәtpәrәstlik elә bir hisdir, insanı son
dәqiqәlәrinә qәdәr tәrk etmir. Doğrudan da, qeyri-
müәyyәnlik mәni nә qәdәr narahat elәsә dә, nә sual ver-

1 Was? Du willst noch leben? – Nə? Sən hələ yaşamaq istəyirsən? (alm.)
   170   171   172   173   174   175   176   177   178   179   180