Page 180 - talesiz
P. 180
İMRE KERTES
Kimsә çiynimdәn tutdu ki, arxası üstә yıxılmayım. Mәni
bükdüklәri örtüyü üstümdәn götürdülәr. Budumu vә dizi-
mi tәlәsik kağız bintlә sarıdılar, sonra әynimә köynәk
keçirib, mәni dә iki adyalın arasına itәlәdilәr. Sağdan vә
soldan iki hәmyaşıdım mәnә yer elәmәk üçün sıxlaşdılar.
Mәni buraya qoyarkәn heç nә izah elәmәdiklәri
üçün indi yalnız öz ağlımın gücünә güvәnmәli idim. Hәr
halda, bir şeyi dәqiq anladım: lazaretdә idim.
Get-gedә bәzi vacib faktları da öyrәnmәyә başla-
dım. Mәsәlәn, qaldığım yerin barakın arxa yox, mәhz ön
tәrәfi olduğunu öyrәndim; üzbәüzdәki küçәyә açılan
qapı, elәcә dә imtiyazlı dustaqların, katiblәrin, hәkimlәrin
180 işlәmәsi üçün nәzәrdә tutulmuş hissәnin yaxşı işıq-
landırılması vә düz mәrkәzdә üzәri ağ mәlәfә ilә örtül-
müş masanın qoyulması da bundan xәbәr verirdi.
Barakın arxa hissәsindә sığınacağı taxta qutulardan
olanlar, әsasәn, dizenteriya vә yatalaqdan (hәlә xәstәlәn-
mәmişdilәrsә, demәli, tezliklә xәstәlәnәcәklәr) әziyyәt
çәkirdi. Burada ilk simptom (hәr tәrәfә yayılan vә qarşısı
alınmayan qoxu da bundan xәbәr verirdi) Durchfall vә
ya başqa cür desәk, Durchmarsch1 idi. Hamam briqada-
sından olan adamlar mәndәn bu barәdә elә-belә soruş-
mayıblarmış vә әgәr onlara düzünü demiş olsaydım, indi
mәni dә oraya atmışdılar.
Gündüz yemәyi keyfiyyәtinә görә ümumilikdә
Seysdәkini xatırladırdı: sәhәr qәhvә, günortaya yaxın
horra, üçdәbir, ya dörddәbir pay da çörәk verilirdi (әgәr
dörddәbir pay verilirdisә, Zulage dә әlavә olunurdu). İndi
günün hansı saatı olduğunu çәtinliklә müәyyәn edirdim;
barakdakı eyni cür gur işıqlanmaya heç bir alatoran vә
mövcud olmayan pәncәrәdәki işıq da tәsir elәmirdi. Bu
yerdә bәzi dәqiq әlamәtlәr kömәyimә çatırdı. Mәsәlәn,
1 Durchmarsch – ishal (alm.)