Page 184 - talesiz
P. 184
İMRE KERTES

vә o an üçün mәnә sarsılmaz görünәn rahat sığınacaqda,
adyalların vә hәr tәrәfdәn canımı qızdıran bәdәnlәrin
arasında yerimi rahatladım.

Ertәsi gün qәhvә ilә yemәyin (horranın) arasında
barakımızın divarlarının o tәrәfindәki dünyadan bir adam
peyda oldu. Son dәrәcә imtiyazlı dustaq olduğunu o saat
hiss elәdim. Başındakı qara mahud parçadan tikilmiş
papaq artist papağına oxşayırdı. Әynindә ağappaq xalatı
vardı. Xalatın altından sәliqә ilә ütülәnmiş şalvarı, par-
par yanan çәkmәlәri görünürdü. Bәnövşәyi-qırmızı
damarlarla örtülü dәrisi vә sifәt cizgilәri tәkcә kobud de-
yildi, hәm dә möhkәm idi, sanki heykәltәraş balta ilә
184 oymuşdu. Elә bil heç dәri deyildi, soyulmuş әt parçasıydı
vә bu, mәni bir az qorxutdu. Bundan başqa, o, hündür vә
dolu adamdı. Qara saçlarının bәzi yerlәrindә, xüsusәn dә
gicgahlarında ağ tüklәr gözә dәyirdi. Qolundakı sarğıda
nә yazıldığını uzandığım yerdәn tam ayırd elәyә
bilmәdim: әllәrini arxasında çarpazlamışdı. Bütün bunlar,
xüsusilә dә sinәsi üzәrindә heç bir hәrf yazılmamış üçbu-
caq tәmiz alman qanı daşıdığının mәşum sübutu idi. Yeri
gәlmişkәn, ömrümdә ilk dәfәydi ki, qarşımda nömrәsi nә
beş, nә dörd, nә dә üç rәqәmli olmayan adam görürdüm.
Yaxasında cәmi iki rәqәm yazılmışdı. Hәkimimiz yeni
gәlәn adamı qarşılamaq üçün dәrhal irәli çıxdı, onun әlini
sıxdı, yüngülcә kürәyinә vurdu. Bir sözlә, nәhayәt ki, öz
gәlişi ilә doğma evini şәrәflәndirәn әziz qonağa hәr
vәchlә rәğbәtini göstәrmәyә çalışırdı. Birdәn hәkimin o
adama mәnim haqqımda danışdığını görüb bәrk
tәәccüblәndim. Bunu bütün işarәlәrdәn anlamaq müm-
kün idi. Hәtta hәkim mәni göstәrib, әliylә dairәvi jest
elәdi vә bu dәfә almanca dediyi “Zu dir”1 sözlәrini aydın
seçdim. Sonra yenә nәsә dedi, nәsә danışdı, nәyisә sübut

1 Zu dir – sənlikdir (alm.)
   179   180   181   182   183   184   185   186   187   188   189