Page 185 - talesiz
P. 185
TALESİZ

elәmәyә, dilә tutmağa, izah elәmәyә çalışdı, işә getmәyәn 185
maldan canını tez qurtarmaq arzusuyla alışıb-yanan vә
alıcını inandırmaq istәyәn bazar alverçisi kimi әl-qol
hәrәkәtlәri elәdi. Başlanğıcda onu abırlı, amma bir az
şübhәli alıcı kimi dinlәyәn qonaq axırda sanki tәzyiqә
davam gәtirә bilmәyib malı almağa qәrar verdi. Hәr
halda, balaca, tünd gözlәrinin yeni sahib ifadәsilә mәnә
yönәlmiş qısa, sәrt baxışından, başının yüngülcә tәrpәn-
işindәn, bir-birinin әlini sıxmalarından, digәr hәrәkәt-
lәrindәn vә әlbәttә ki, hәkimin sevincәk, razı üz
ifadәsindәn belә başa düşdüm. Bu söhbәtdәn sonra qonaq
çıxıb getdi.

Çox gözlәmәli olmadım. Qapı yenidәn açıldı vә
içәri girәn adama, әynindәki zolaqlı paltarına, yaxasında
“P” hәrfi yazılmış (hamımız bunun polyak demәk oldu-
ğunu bilirdik) qırmızı üçbucağa, qolundakı qara sarğıda
“Pfleger”1 sözünә nәzәr salıb bu adamın sanitar oldu-
ğunu anladım.

Çox cavan idi, yaşı iyirmidәn bir az artıq olardı.
Onun da başında mavi rәngdә, amma daha kiçik ölçüdә
papaq vardı, papağın altından çıxan qalın, qәhvәyi saçları
qulaqlarının üstünә vә boynuna tökülürdü. Üzü uzunsov
olsa da, ensiz deyildi, adama xoş gәlәn cizgilәri, çәhrayı
dәrisi, yumşaq, bir azca әtli dodaqları onu gözәl göstә-
rirdi vә әgәr gәlәn kimi hәkimin yanına getmәsәydi,
hәkim dә dәrhal mәni göstәrmәsәydi, qolunun üstündә
adyal (mәni gül kimi yuvamdan çıxarıb dәrhal hәmin
adyala bükdü vә çiyninә atdı) tutmamış olsaydı, ona hәlә
uzun-uzadı tamaşa edәcәkdim. Amma mәni yerimdәn
qoparmaq asan mәsәlә deyildi. Qarşımdakı boksları bir-
birindәn ayıran dirәkdәn ikiәlli yapışmışdım; әslindә, elә-
belә, instinktiv olaraq tutmuşdum, üstәlik, bu, mәnimçün

1 Pfleger – sanitar (alm.)
   180   181   182   183   184   185   186   187   188   189   190