Page 181 - talesiz
P. 181
TALESİZ
qәhvә verilirdisә, demәli, sәhәr açılıb, hәkimin gündәlik 181
axşam vidalaşması isә o demәkdi ki, yatmaq vaxtıdır.
Hәkimlә elә ilk gecә tanış olmuşdum, düz boksun qar-
şısında dayanmış adam diqqәtimi cәlb elәmişdi. O qәdәr
dә hündür deyildi, elә mәn boyda olardı. Sifәti kök (hәtta
mәn deyәrdim toppuş) idi. Hәtta sifәtinin bәzi hissәlәri
piylәnib sallanırdı, eşmә bığları isә tamamilә ağarmışdı.
İndiyә qәdәr düşәrgәdә nә belә bığ, nә dә çәnәsindә
sәliqә ilә qırxılmış, qısa, ağ, ispansayağı sivriuclu saqqal
görmüşdüm. Bu görkәmә böyük, sanballı papaq, kәtan
parçadan tikilmiş şalvar, qolundakı üzәrindә “F” hәrfi
yazılmış qırmızı üçbucaqlı sarğı düşәrgә geyimi olsa da,
keyfiyyәtli parçadan tikilmiş pencәk dә әlavә olunurdu.
Diqqәtlә mәni süzüb (yeni gәlәnlәrә belә baxmaq sanki
adәt halını almışdı) nәsә dedi. Ona fransızca bildiyim
bircә cümlә ilә cavab verdim: “Je ne comprends pas,
monsieur”1. “Oui, oui, – deyә mehribancasına gülüm-
sәyib, xırıltılı sәslә әlavә elәdi: – Bon, bon, mon fils”2.
Vә adyalın üstünә, qarşıma bir parça qәnd (eynәn
evimizdәkini xatırladığım qәnd idi) qoydu. Sonra bütün
uşaqlara baş çәkdi. Hәr iki boksdakı bütün üç yarusda
yatanların hamısı üçün cibindә bir parça qәnd vardı.
Bәzilәrinә qәndi zorla verir, bәzilәrinin yanında bir az
lәngiyirdi; bәzilәri ilә söhbәt elәyir, onların yanağını
dartır, şәfqәtlә boyunlarını qıdıqlayır, quş kimi civil-
dәyәrәk (insan ancaq müәyyәn zaman kәsiyindә öz
istәkli bülbüllәri ilә “söhbәt edәndә” belә civildәyir) nә
haqdasa danışırdı. Bir şey dә diqqәtimdәn yayınmadı ki,
bәzi “istәklilәr” (xüsusәn dә onun dilini anlayanlar) üçün
cibindә әlavә qәnd parçası da tapılırdı. Yalnız indi başa
1 Je ne comprends pas, monsieur – Sizi anlamıram, müsyö. (fr.)
2 Oui, Oui. Bon, bon, mon fils – Hə, hə. Yaxşı, yaxşı, oğlum. (fr.)