Page 186 - talesiz
P. 186
İMRE KERTES

zәrrә qәdәr dә xoş deyildi. Bir daha әmin oldum ki,
görünür, ağlımız bәzәn dumanlanır, qarışır, bәzәn dә әn
bәsit şeylәr vaxtından iki-üç gün әvvәl ölmәk perspek-
tivini mürәkkәblәşdirir. Amma sanitar mәndәn daha
güclü çıxdı. Var gücümlә kürәyini yumruqlayır, amma
çiyinlәrinin titrәmәsindәn onun güldüyünü hiss elәyir-
dim. Onda taleyimlә barışdım: qoy hara aparır, aparsın.

Buhenvaldda qәribә yerlәr var. Tikanlı mәftillәrin
arxasında yaşayarkәn kiçik düşәrgә sakini olduğun
müddәtdә ehtiramla uzaqdan baxdığın o sәliqәli barak-
lardan birinә düşmәk şansın olur. İndi isә o baraklarda
tәrtәmiz dәhliz olduğunu (hәr halda, bu barakda belәydi)
186 öyrәnmәk imkanı әldә edirsәn. Dәhlizdәn harasa qapılar
açılır; ağ rәngdә, әsl qapılardır. Bu qapılardan birini açıb,
isti, işıqlı vә sәni gözlәyirmiş kimi çarpayı qoyulmuş bir
otağa daxil olursan. Çarpayının üstünә qırmızı adyal
örtülüb. Sәni samanla ağzınacan doldurulmuş döşәyin
üstünә atırlar. Bәdәninlә döşәyin arasında sәrin qat var.
Yavaş-yavaş yanılmadığına әmin olursan ki, bu, әsl
mәlәfәdir. Boynunun arxasında da qeyri-adi, әvvәlki
narahat şeylәrdәn fәrqli nәsә hiss edirsәn. Aman Allah,
bu ki külәşlә doldurulmuş yastıqdır, üstünә dә üz çәkilib.
Pfleger sәni büküb gәtirdiyi adyalı dördqat büküb
ayaqlarının yanına qoyur. Yәni palatanın temperaturu
qane elәmәsә, bu adyal da sәnindir. Sonra Pfleger karton
vәrәq vә qәlәm götürüb çarpayının kәnarında oturur vә
adını soruşur. “Vier-und-sechzig, neun, ein-und-zwan-
zig”, – deyә cavab verirәm. O qeyd elәyir, amma yenә
nәsә gözlәyir vә bir müddәt keçәndәn sonra anlayırsan
ki, onu sәnin adın, mәhz adın (Name) maraqlandırır. Bir
az da keçmәlidir ki (mәsәlәn, mәndә belә olmuşdu),
yaddaşını qurdalayıb bir zamanlar sәni başqalarından
ayıran sözü (daha doğrusu, adı) tapasan. O, mәni hәmin
sözü üç-dörd dәfә tәkrar elәmәyә mәcbur etdi vә sonda,
   181   182   183   184   185   186   187   188   189   190   191