Page 187 - talesiz
P. 187
TALESİZ 187
nәhayәt ki, başa düşdü. Sonra hәtta hәrarәtin qrafikasını
xatırladan cızma-qara edilmiş kağızın yuxarı hissәsindә
yazdığını mәnә göstәrdi: “Kewischtjerd”1. “Dobro jest,
gut?” – deyә soruşdu. Mәn “Gut” dedim vә o, kartonu
masanın üstünә qoyub getdi.
Burada hәr şeyә baxıb müşahidә apara, hәr şeylә
tanış ola bilәrsәn. Әn azından, ona görә ki buna xeyli
vaxtın qalır. Mәsәlәn, hәlә indiyә qәdәr fikir vermәmi-
sәnsә, onda müәyyәn elәyirsәn ki, palatada heç dә tәk
deyilsәn. Vә o adamlara nәzәr salmaq kifayәt edir ki,
onların da xәstә olduqlarını anlayasan. Bir şey haqqında
da dәrindәn düşünә bilirsәn ki, bu rәng, gözlәrini oxşayan
bu görüntü, taxta döşәmәnin üstünә çәkilmiş par-par
yanan tünd-qırmızı rәngdir. Bütün çarpayıların üstünә
sәliqә ilә salınmış adyallar eyni rәngdәdir. Tәxminәn on
iki çarpayı var, hamısı da biradamlıqdır. İkiyaruslu çar-
payı ancaq aşağı mәrtәbәdәdir vә mәn mina kimi ağ,
parıltılı boya ilә rәnglәnmiş arakәsmәnin yanında qoyu-
lan hәmin çarpayıda uzandım. Düz qarşımdakı arakәs-
mәnin yanında isә daha iki çarpayı vardı.
Niyә bu qәdәr istifadәsiz yer qaldığına, bәrabәr
cәrgәylә düzülmüş çarpayıların (hәrçәnd demәliyәm ki,
belә daha rahat idi) arasında, az qala, bir metr enindә
mәsafәnin nәyә lazım olduğuna tәәccüblәnirsәn. Ağla-
gәlmәz dәrәcәdә rahatlığın olması da, arada gözünә boş
çarpayıların dәymәsi dә sәni tәәccüblәndirәcәk. Böyük,
amma çoxlu sayda xırda hissәlәrә bölünmüş pәncәrәyә
(buradan içәriyә günәş işığı süzülür) lәzzәtlә tamaşa
elәyә bilәrsәn. Yastığının üzündә solğun qәhvәyi
rәngdәki ştampda qarmaq burunlu qartal tәsvir olunub,
1 Kewischtjerd – “Koves Gyorgy” macar ad-soyadının eybəcər hala salınmış
forması. Təxminən belə: Köveş Dyörd.