Page 192 - talesiz
P. 192
İMRE KERTES

gәlәn, sonra dәhlizlә yaxınlaşan sәs-küy, gurultu vә
cingilti buradakı taleyimlә bağlı düşüncәlәrimi tamamilә
alt-üst etdi. Bu sәsi başqa heç nә ilә qarışıq salmaq
mümkün deyildi. Bu sәs yalnız mәni hәyәcanlandırdı,
ürәyimi getdikcә artan intizarla doldurdu vә sonda bütün
şübhәlәrimi yaddan çıxarmağa mәcbur etdi, daha doğ-
rusu, şübhәlәrim sadәcә әriyib getdi. Vә budur, sәs-küy
düz qapımızın ağzındadır. Dәhlizdә ayaq sәslәri, çәk-
mәlәrin taxta altlıqlarının taqqıltısı eşidildi, sonra ki –
yәni: “Saal sechs! Essen-holen!” Mәnası belәdir: “Al-
tıncı palata! Yemәyә!”
192 Pfleger çıxdı, kiminsә kömәyilә – mәn qapıdan an-
caq әllәri gördüm – ağır qazanı gәtirdi vә qaynar horranın
qoxusu bütün palatanı bürüdü. Belә çıxır ki, mәn, hәr
halda, öz qara-qura fikirlәrimdә yanılmışdım vә әgәr bu
gün bizә “Dörrgemüse”, daha dәqiq desәk, gicitkәn şor-
bası verirlәrsә, demәli, vәziyyәt o qәdәr dә pis deyil.

Sonralar başqa şeylәr dә gördüm. Saatlar dolanıb,
günlәr keçdikcә, yavaş-yavaş özüm üçün çox mәtlәblәri
aydınlaşdırdım. Hәr halda, bir müddәtdәn sonra mәn,
ehtiyatla da olsa, göz qabağında olan faktı qәbul etmәyә
bilmirdim. Axı belә bir şey dә mümkündü (elә bütün
nişanәlәr dә bunu tәsdiqlәyirdi), hәrçәnd bir az qeyri-adi
olanı görmәmәk mümkün deyil. Әlbәttә ki, xoş idi,
bununla belә, fikirlәşәndә hәr biri mümkün vә etibarlı
olan digәr qәribәliklәrdәn (axı bütün bunlar düşәrgәdә
baş verir) heç dә fәrqlәnmirdi. Digәr tәrәfdәn, mәni
utandıran da, narahat qoyan da, hәqiqi mәnada güvәnimi
sarsıdan da mәhz bu idi. Axı hadisәlәrә ağıl vә mәntiq
prizmasından baxanda mәnim indi niyә başqa yerdә yox,
mәhz burada olmağımı izah edәcәk heç bir sәbәb,
anlayış, heç bir mәqbul izahat yox idi. Yavaş-yavaş aşkar
elәdim ki, burada bütün xәstәlәrin sarğısı әvvәlki barak-
   187   188   189   190   191   192   193   194   195   196   197