Page 197 - talesiz
P. 197
TALESİZ 197

ki, onda bәs hansı sәbәbdәn buradayam, mәnsә cavab
verdim ki, bütün yәhudilәr niyә buradadırsa, mәn dә o
sәbәbdәn. O, inadla davam edir, soruşurdu ki, onda mәni
niyә tutublar. Mәn dә bacardığım qәdәr qısa şәkildә
keçmişdә qalmış o mәşum sәhәrdәn, o avtobusdan, o
gömrükxanadan vә o jandarmeriyadan danışdım. O isә
mәsәlәnin kökünә yetişmәk istәyirdi: “Ohne dass deine
Eltern?” – yәni: “Valideynlәrin olmadan?” Mәn “ohne”
deyәndә son dәrәcә heyrәtlәndi, elә bil heç vaxt belә şey
eşitmәyib. Hәtta özlüyümdә fikirlәşdim ki, ay yazıq, altı
ildir başını soxmusan bu dәliyә, dünyadan xәbәrin yox-
dur.

Mәndәn eşitdiklәrini dәrhal yanımızda başqa xәstәyә
baxan o biri hәkimә çatdırdı. O hәkim dә yanındakına, o
da sanitara, sanitar da xәbәri bir az ciddi görünәn xәstәlәrә
ötürdü. Hiss elәdim ki, hәr tәrәfdәn başlarını yellәyәrәk
mәnә baxırlar, hamısının da üzündә mәni bir qәdәr
utandıran, pәrt edәn qәribә bir ifadә vardı: sanki halıma
acıyır, mәnә yazıqları gәlirdi. Dәhşәtli dәrәcәdә istәyirdim
soruşum ki, mәnә niyә yazığınız gәlir ki? Hәr halda, bu
saat bunun üçün heç bir sәbәb yoxdu. Amma heç nә
demәdim, elә bil hansısa qüvvә mәni saxladı, ya hünәrim
çatmadı, bilmirәm. Amma gördüm ki, mәnә acımaq onlara
lәzzәt verir, adamlar bundan zövq alırlar. Üstәlik (bәlkә
dә, yanılırdım, hәrçәnd buna inanmaq çәtindir), sonralar o
adamlar özlәri dә mәni sorğu-suala tutur, söz almağa
çalışırdılar. Mәndә belә bir tәәssürat yaranırdı ki, adamlar
o zövqü yenidәn yaşamaq üçün bәhanә axtarırlar. Onların
buna ehtiyacı var, ya bәlkә dә, özlәrinin bu şәrtlәrdә
yaşamaq bacarığına haqq qazandırmaq üçün bәhanә tap-
maq, yaxud ümumiyyәtlә, belә yaşamağa qadir olduqlarını
sübut etmәk istәyirdilәr; hәr halda, mәnә elә gәlirdi. Sonra
isә öz aralarında elә baxışırdılar ki, mәn dә sәksәkә içindә
onlara baxmalı olurdum: görәsәn, bunu bilmәmәli olan
   192   193   194   195   196   197   198   199   200   201   202