Page 199 - talesiz
P. 199
TALESİZ 199
rındakı tikiş boyunca da yağlı boya ilә çәkilmiş sarı-
qırmızı zolaq uzanırdı. Sinәsindә vә şalvarının balağında
şәxsi nömrәsi yazılmış qırmızı üçbucaq gözә çarpırdı,
amma bunlar xırda detallardı.
Mәnimçün xoş olmayan mәqam, hәtta deyәrdim, әn
mәşәqqәtli anlar Petkanın özünün qonaq qarşılamağa
hazırlaşması idi. Bunun da xoşagәlmәz sәbәbi vardı:
bilmirәm, necә olmuşdu, amma divarda, mәnim çarpayı-
mın baş tәrәfindә elektrik cәrәyanı vardı. Bir sözlә, tavanın
ideal bәyazlığına, lampanın minalı abajuruna baxa-baxa
nә qәdәr başımı qatmağa çalışsam da, Petkanın әlindә qab
vә şәxsi suqaynadanla cәrәyanın yanında oturmasını
görmәyә bilmirdim. Әriyәn marqarinin çırtıltısını
eşitmәyә, bu yağda qızaran soğan halqaları vә onların
üstünә düzülәn kartof dilimlәrinin, üstәlik, Zulage kimi
verilәn doğranmış sosisin adamı başdan çıxaran qoxusunu
içimә çәkmәyә bilmirdim. Bәzәn (gözlәrim bir anlıq da
olsa, o tәrәfә baxır, sonra dәrhal da yana yayınırdı vә hәlә
uzun müddәt ilğım kimi sehrli bir mәnzәrәnin әsirinә
çevrilirdi) içi sapsarı olan sәdәf rәngli dairәnin içindәn
gәlәn yüngül, amma heç nә ilә müqayisәyә gәlmәyәn
xırçıltı, hәrdәn güclәnәn fışıltı sәslәri, az qala, mәni dәli
edirdi: qaynar tavada qayğanaq bişirdi. Elә ki hәr şey
qızarıb bişdi, qonağı qәbul elәmәk üçün hәr şey hazır oldu,
qapı açılır vә qonaq içәri girirdi. “Axşamınız xeyir!” –
deyib mehribancasına başını yellәyirdi. O da polyak idi,
adı da, sәhv elәmirәmsә, Zbışekdi (daha yumşaq çıxsın
deyә “Zbışku” deyirdilәr). O da hansısa palataların birindә
Pfleger idi. Qonaq da sәliqәli geyinir: ayağında çәkmә,
әynindә idman stilindә (tәbii ki, kürәyinә zolaqlı parça
yamanmış, yaxasında nömrәsi olan tünd-göy rәngdә) qısa
mahud gödәkcә var, altından da çәnәsinә qәdәr qalxmış
dik yaxalıqlı nazik qara sviter geyinib. Hündürboylu,
möhkәm bәdәnli adamdı, saçı dibindәn qırxılmışdı (öz
istәyi ilә, ya hansısa zәrurәtdәn, bilmirәm). Dolu sifәtindә