Page 198 - talesiz
P. 198
İMRE KERTES
şәxslәrdәn kimsә bizi izlәmir ki? Amma baxışlarım hәr
tәrәfdә eyni qaşqabaqlı üzlәrlә, düyünlәnmiş alınlarla,
qıyılmış gözlәrlә, qapalı ağızlarla rastlaşırdı. Sanki bu
adamların hamısının ağlına eyni vaxtda gәlәn fikir mәnim
sözlәrimlә tәsdiqini tapmışdı. Mәn hәtta fikirlәşirdim ki,
bәlkә, burada olmalarının sәbәbi dә elә indi ağıllarına
gәlәn fikirdir?
Hәlә qonaqlarım da olurdu. Hamısına diqqәtlә fikir
verir, buraya niyә gәldiklәrini anlamağa çalışırdım. Fikir
vermişdim ki, onlar, әsasәn, axşamayaxın, hәmişә eyni
saatda gәlirlәr. Bundan belә nәticәyә gәldim ki, burada,
Buhenvalddakı böyük düşәrgәdә dә, görünür, Seysdә
198 olduğu kimi, az-çox asudә vaxt var vә hәmin müddәt
briqadaların qayıtması ilә axşam yoxlanışı arasındakı za-
mana tәsadüf edir. Qonaqlar arasında daha çox “P” hәrfi
yazılmış dustaqlar vardı, amma gözümә “J”, “R”, “T”,
“F”, “N”, hәtta “No” hәrflәri dә dәymişdi. Çoxunu
xatırlamıram, amma deyә bilәrәm ki, bu adamların
hesabına xeyli maraqlı şeylәr öyrәndim. Mәhz onların
sayәsindә buradakı vәziyyәt vә şәrait, belә demәk
mümkünsә, ictimai hәyat haqqında az-çox dәqiq tәsәvvür
әldә elәyә bildim. Buhenvaldın köhnә sakinlәri yaraşıqlı
adamlardı, üzlәri tükәnmәkdә olan ümidsiz insanın üzünә
bәnzәmir, yerişlәri yeyin, hәrәkәtlәri çevikdi, çoxuna saç
saxlamağa icazә verilirdi. Zolaqlı düşәrgә paltarını isә
ancaq gündüzlәr işә çıxanda geyinirlәr, mәsәlәn, bizim
Petka belә elәyirdi. Әgәr axşamlar yemәk, daha doğrusu,
çörәk payı (adәtәn, Zulage ilә birlikdә çörәyin üçdәbir,
yaxud dörddәbir hissәsi) verilәndәn sonra qonaq getmәyә
hazırlaşırdısa, köynәk vә pulover, üstündәn dә solğun
zolaqlı, dәbdә olan qәhvәyi rәngli kostyum geyinirdi vә
bu zaman yaşadığı zövqü biz xәstәlәrә hiss etdirmәmәyә
çalışsa da, üzündә vә hәrәkәtlәrindә bu mәmnunluq aşkar
sezilirdi. Düzdür, pencәyin kürәyinә zolaqlı düşәrgә
parçasından dördbucaq yamamışdılar, şalvarın qıraqla-