Page 202 - talesiz
P. 202
İMRE KERTES

gәlәrsә, bura atәş aç. Onların hamısı çarpayının әtrafına
toplaşmışdı. Ayaqlarının birini götürüb, o birini qoyur, nә
barәdәsә astadan danışırdılar. Kimsә yastığı düzәltmәk
üçün әyildi. O birisi, deyәsәn, xәstәnin nә demәk istәdiyini
anlamağa çalışdı. Birdәn onlardan birinin әlindә nәsә
sapsarı bir şey gözümә dәydi. Petkanın kömәyilә
haradansa bıçaq vә parç gәtirdilәr. Dәmir parçın içinә nәsә
maye axdı. Gözlәrimә inanmasam da, burnum mәni aldada
bilmәzdi vә ağlım tamamilә aydın şәkildә deyirdi: indicә
gördüyün şey limondur. Bәli, bәli, mübahisәnin yeri yox-
dur, әsl limon. Sonra yenidәn qapı açıldı vә mәn çaşıb
qaldım: bu dәfә hәkim tәlәsik palataya girdi. İndiyә qәdәr
202 belә şey olmamışdı. Hamı aralanıb ona yol verdi. Hәkim
xәstәyә tәrәf әyildi, әllәriylә tәlәsik onu yoxladı vә heç
kimә heç nә demәdәn, heç kәsin üzünә baxmadan, hәtta
ona tәrәf yönәlmiş baxışlardan yayınmağa çalışaraq (bәlkә
dә, mәnә elә gәldi) qaşqabaqlı halda o saat da çıxıb getdi.
Tezliklә ziyarәtә gәlәnlәrin qәribә tәrzdә sakitlәşdiyini
gördüm. Bәzilәri yoldaşlarından aralanaraq çarpayıya
yaxınlaşır, xәstәyә tәrәf әyilirdilәr. Sonra gәldiklәri kimi
dә bir-bir, iki-iki getmәyә başladılar. İndi onlar daha
mәyus, bir az da yorğun, bellәri bükülmüş kimi
görünürdülәr. Bu an hamısına yazığım gәldi. Çünki
gözümdәn qaçmadı: onlar sanki nәsә әziz, mәhrәm,
reallıqdan uzaq olsa belә, ürәklәrindә bәslәdiklәri
ümidlәrini birdәfәlik itirmişdilәr. Bir qәdәr keçdikdәn
sonra Petka meyiti ehmalca kürәyinә alıb harasa apardı.

Başıma daha bir inanılmaz hadisә gәlmişdi. Yuyunma
otağında bir nәfәrlә rastlaşmışdım. O vaxtlar heç tәsәvvür
dә elәmirdim ki, kranın (yeri gәlmişkәn, burada kranları
açıb-bağlamaq da olurdu) altında durub çimmәyә
alışdığım dәhlizin sonundakı bu yuyunma otağından
başqa, ayrı yerdә dә yuyunmaq mümkünmüş. Onu deyim
ki, mәn bura xüsusi zәrurәt duyduğumdan gәlmirdim,
sadәcә qaydalar belәydi. Üstәlik, zaman-zaman mәni
   197   198   199   200   201   202   203   204   205   206   207