Page 206 - talesiz
P. 206
İMRE KERTES

elәmişdi. Başqa şeylәr, mәsәlәn, bura gәtirildiyim günlәrdә
yaranan tәәssüratlarım, yaşadığım hәyәcanlar, buradakı ilk
gün beynimdәn keçәn düşüncәlәrim haqqında danışdım.
Bütün bunlar ona elә lәzzәt elәmişdi ki, hәtta dediklәrimi
Petkaya da tәrcümә elәdi, o da xeyli güldü. Mәn qonşum
olan o macarı Petka çiynindә apararkәn yaşadığım qorxu
vә şübhәlәr haqqında da danışdım. Petka izah elәdi ki, o
macarın ölümü hәr an gözlәnilәn hadisәydi, mәnim
gәlişimlә üst-üstә düşmәsi isә tәsadüfdür. Yeni tanış
olduğum bu cavan oğlan söhbәtimizi gah mәnә, gah
Petkaya tәrcümә edirdi vә bu mükalimәdә mәni pәrt
elәyәn bir şey vardı. Axı niyә hәr cümlәsini “ten matyar”,
206 yәni “bu macar” sözlәri ilә başlayırdı, sonra isә mәnim
dediklәrimi tәrcümә elәyirdi. Amma, xoşbәxtlikdәn, Petka
onun bu şakәrinә heç bir әhәmiyyәt vermirdi, hәr halda,
mәnә elә gәlirdi. Mәn onun tez-tez vә uzun müddәtә
palatadan yoxa çıxmasına fikir vermişdim, hәrçәnd,
bununla bağlı ürәyimә pis fikirlәr gәtirmәmiş, nәticә
çıxarmağa tәlәsmәmişdim. Amma bir gün o, әlindәki çörәk
vә konserv qutusu ilә palataya qayıdanda (şübhәsiz,
bunları ona Boquş vermişdi) bir az tәәccüblәndim. Bir az
yox, düzünü desәm, dәhşәtli dәrәcәdә tәәccüblәndim. Dedi
ki, guya Boquşla mәnim kimi tәsadüfәn yuyunma otağında
rastlaşıb. Boquş eynәn mәnim kimi, onunla da söhbәt edib.
Gerisi dә mәndә olduğu kimi davam edirdi. Doğrudur, bir
balaca fәrq vardı, axı onlar bir-birilә söhbәt edә bilәrdilәr.
Axı onların vәtәni birdir vә bu da Boquşu hәdsiz sevin-
dirirdi. Tәbii ki, Luiz kimi mәn dә bunu gözәl anlayırdım.

Mәn bütün bunlara soyuq başla yanaşır, tamamilә
aydın vә mәntiqli sayırdım. Özüm dә onun kimi fikirlә-
şirdim vә “bağışla da, dostum, sәnin himayәdarını әlindәn
aldım” sözlәrini eşidәndә heç tәәccüblәnmәdim. Bu sözlәr
o demәkdi ki, bu günәcәn mәnә gәlәn sovqat indәn belә
ona gәlәcәk vә indiyәcәn Luiz mәnim yemәyimә necә
baxırdısa, bundan sonra mәn onun yemәyini kәnardan seyr
   201   202   203   204   205   206   207   208   209   210   211