Page 207 - talesiz
P. 207
TALESİZ 207

elәmәli olacağam. Amma bircә dәqiqәdәn sonra palatanın
qapısı açılanda vә Boquş hәmişәki kimi tәlәsik içәri girib
düz üstümә gәlәndә necә karıxdığımı tәsәvvür elәyә
bilmәzsiniz. Hәmin gündәn etibarәn Boquş bizim palataya
ikimizә görә gәlirdi. Hәrәmizә ayrıca yemәk gәtirirdi,
bәzәn dә ikimizә bir porsiya gәtirirdi, amma bu zaman әl
işarәsiylә başa salırdı ki, qardaş malı kimi bölün. O, indi
dә tәlәsik gәlirdi, iki kәlmә kәsmәyә vaxtı qalmırdı,
üzündә daim qayğılı, bәzәn dә kәdәrli, az qala, qәzәbli
ifadә vardı. Bu ifadә daha çox çiynindә ikiqat yük, ikiqat
vәzifәsi olan adamın üz ifadәsi idi; bu adamın durduğu
yerdә çiyninә düşmüş yükü çәkmәkdәn başqa çarәsi
yoxdu. Mәn özümü bircә fikirlә sakitlәşdirirdim ki, Boquş
bunu istisnasız olaraq hansısa zәrurәtdәn elәyir, bәlkә dә,
mәnәvi rahatlıq tapır; bu, ona sevinc bәxş edir, yaşamaq
üçün stimul verir. Çünki hansı tәrәfdәn baxsam da, nә
qәdәr baş sındırsam da, ayrı sәbәb (xüsusәn dә nәzәrә
alsaq ki, yaşadığımız şәraitdә nadir, әlçatmaz olan lәzzәtli
yemәklәrin haqqını ödәmәk lazım idi) tapa bilmirdim.
Mәn, deyәsәn, o zaman (hәr halda, ümumi şәkildә) o
insanları tanıdım. Çünki әvvәlki müşahidәlәrimi nә qәdәr
gözdәn keçirsәm dә, şәxsi tәcrübәmi nә qәdәr tәhlil elәsәm
dә, buradakı asılılıqları zәncirvarı bәrpa elәyәndә heç bir
şübhә qalmırdı ki, bu, hәr nәdirsә, mәnim yaxşı bildiyim
şeydir, sadәcә, ola bilsin, bir az başqa formadadır. Yәni,
nәticә etibarilә, özünlә hәmahәng yaşamaq üsuludur, eyni
inadkarlıqdır. Özü dә adi inadkarlıq deyil. İnadkarlığın
daha sәrt, daha qәtiyyәtli, yәni bu günә qәdәr mәnә mәlum
olanlar içәrisindә әn sәmәrәlisi vә özüm üçün dә әn faydalı
(bunu inkar elәmәk günah olardı) növüdür.

Qәti şәkildә deyә bilәrәm ki, zaman keçdikcә insan
hәtta möcüzәlәrә dә öyrәşmәyә qadirdir. Belәcә, yavaş-
yavaş mәn hәkim otağına (әgәr hәkimimiz sәhәr palataya
gәlәndә mәnim sarğı üçün gәtirilmәyim barәdә göstәriş
verәrdisә) öz ayağımla gәlmәyi dә öyrәndim. Özü dә
   202   203   204   205   206   207   208   209   210   211   212