Page 212 - talesiz
P. 212
İMRE KERTES

aristokratiyasının iki әn qüdrәtli nümayәndәsinin – düşәrgә
rәisinin vә daxili mühafizә nәzarәtçisinin qapıya çıxması
әmr olunurdu, özü dә qaça-qaça. Sonra isә reproduktorun
sәsindә bir az inciklik, bir az şübhә, bir az qınaq vardı:
“Lageraltester! Aufmarschieren lassen! Lageraltester! Wo
sind die Juden?!”1 Qapının üstündәki qutu çağırışlardan,
tәlәbkar suallardan, tәkidli xatırlatmalardan partlayırdı,
dağılmaq dәrәcәsinә çatır, dişlәrini qıcayıb nәrildәyirdi.
Petka yalnız dilxor halda әlini yellәyir vә burnunun altında
mızıldanırdı: “Qancıq balaları!” Onda bir az sakitlәşirdim
ki, yәqin, o hәr şeyi daha yaxşı bilir vә qayğısızca yerimdә
212 uzanırdım. Amma әgәr dünәn axşam mәnim nәdәnsә,
sadәcә, xoşum gәlmirdisә, bu gün әlimdәn heç nә gәlmirdi,
heç yana yayına bilmirdim. “Lageraltester! Das ganze
Lager: antreten!”2 – deyә reproduktor guruldayırdı. Bir
qәdәr sonra bayırdan güllә sәslәri, motor uğultusu, it
hürüşmәsi, küt dәyәnәk zәrbәlәri, qaçanların ayaq
tappıltıları, ardınca da ağır әsgәr çәkmәlәrinin sәsi eşidildi.
Bütün bu sәslәr ondan xәbәr verirdi ki, bәzilәri xoşluqla
anlamırlarsa, onda hәrbçilәr dә işә qarışa bilәr, göstәrәrlәr
ki, söz eşitmәmәyin nәticәsi necә olur. Nәhayәt,
(istәyirsiniz inanın, istәyirsiniz yox) sakitlik bәrqәrar oldu.
Vә gözlәnilmәdәn (axı sәhәr vizitlәri elә hәyata keçirilirdi
ki, sanki әtrafda heç bir şey baş vermir) hәkim palataya
gәldi. Amma daha әvvәlki kimi özündәnrazı görkәmi
yoxdu. Sifәti әzgin, hәmişә tәmiz olan xalatı qırmızı
lәkәlәrlә örtülmüşdü. O, qan çanağına dönmüş gözlәriylә
otağı ağır-ağır nәzәrdәn keçirdi. Böyük ehtimalla, boş
çarpayı axtarırdı. Petkaya tәrәf dönüb: “Wo ist der mit

1 Lageraltester! Aufmarschieren lassen! Lageraltester! Wo sind die Juden?! –
Düşərgə rəisi! Hamını sıraya düz! Düşərgə rəisi! Yəhudilər hanı? (alm.)
2 Lageraltester! Das ganze Lager: antreten! – Düşərgə rəisi! Bütün
düşərgəni sıraya düz! (alm.)
   207   208   209   210   211   212   213   214   215   216   217