Page 213 - talesiz
P. 213
TALESİZ 213
dieser kleinen Wunde hier?”1 – dedi vә әlini buduna aparıb
anlaşılmaz bir hәrәkәt elәdi. Sınayıcı nәzәrlәrini bir neçә
saniyә növbә ilә xәstәlәrin, o cümlәdәn mәnim üzәrimdә
saxladı. Hәrçәnd mәni tanımadığına inanmıram, amma
nәdәnsә gözünü mәndәn çәkib Petkaya elә baxdı ki, elә bil
cavab mәsuliyyәtini onun çiyninә yüklәmәk istәyirdi.
Cınqırımı çıxarmadım, amma cәld yerimdәn qalxdım,
zolaqlı paltarımı әynimә keçirib düşәrgәdә hökm sürәn
qarışıqlığın içinә getmәyә hazırlaşdım. Bu yerdә mәni son
dәrәcә tәәccüblәndirәn bir sәhnәnin şahidi oldum: sanki
Petka cәnab hәkimin kimi nәzәrdә tutduğunu anlamırdı.
Hәr halda, üzündә belә yazılmışdı. Handan-hana o, özünü
әlә alır, sifәti işıqlanır, beyni aydınlanır vә “Ach… ja!”
deyәrәk әlini güllә yarası almış oğlana sarı uzadır. Hәkimin
dә üzü işıqlanır vә Petkanın dediklәrini o saat qәbul edir.
Hiss olunurdu ki, Petkanın onu böyük bir bәladan
qurtarmasına sevinir vә sanki çiynindәn ağır bir yük
götürülür. Dәrhal göstәriş verir: “Der geht sofort nach
Наusе”2. Bu zaman gözlәrimin qarşısındaca bu günәcәn
palatamızda görünmәmiş çox qәribә, hәtta deyәrdim ki,
әdәbsiz bir hadisә baş verir vә mәn buna xәcalәtdәn
qızarmış halda baxıram. Mәsәlә burasındadır ki, güllә
yarası almış oğlan çarpayısından qalxıb dua etmәyә
hazırlaşırmış kimi, ovuclarını bir-birinә yapışdırıb hәkimin
qarşısında durur, sonra isә bir anlıq özünü saxlaya bilmir,
çaşmış halda bir addım geri çәkilir, dizi üstә düşüb hәr iki
әliylә onun ayaqlarını qucaqlayır. Bundan sonra yalnız
hәkimin cәld әlini qaldırmasını gördüm vә möhkәm şillә
sәsi eşitdim. Hәkimin üzündә qәzәb vardı, amma
qarşısındakı “maneә”ni diziylә itәlәyib palatanı tәrk
edәrkәn dediyi sözlәri ayırd elәyә bilmәdim; sifәti әyilmiş
vә hәmişәkindәn dә artıq qızarmışdı.
1 Wo ist der mit dieser kleinen Wunde hier? – Bəs burasında balaca
yarası olan hanı? (alm.)
2 Der geht sofort nach Наusе! – Bu, dərhal evə buraxılır! (alm.)