Page 211 - talesiz
P. 211
TALESİZ 211
üçün güllә oğlanın ayağına dәyib. Onu da әlavә elәdi ki,
“bәxtim gәtirib, sümüyümә zәrәr dәymәyib”. Fikirlәşdim
ki, mәnim bәxtim belә gәtirmәzdi, güllә haramdan dәysә,
mütlәq sümüyümü qırardı. Tezliklә aydınlaşdı ki, oğlan
payızdan bәri düşәrgәdәdir, nömrәsi dә sәksәn neçәsә
mindir. Yәni öyünmәli bir şey yoxdu, özü dә bizim
palatada. Bir sözlә, hara baxsan, eyni söz-söhbәt gәzir:
hamı yaxınlaşmaqda olan dәyişikliklәrdәn, narahatlıqdan,
әziyyәtdәn, qarışıqlıqdan danışır. Gah Petka әlindә siyahı,
çarpayıların arasıyla gәzir, özü gәzә bilәn hәr kәsdәn, o
cümlәdәn dә mәndәn “laufen”1 deyә soruşurdu. Cavab
verdim ki, “yox, yox, bacarmıram” – “ich kann nicht”. O
isә mәnә baxıb “du kanst”, yәni “sәn bacararsan” dedi vә
mәnim dә, bütün palatadakıların da adını siyahıya әlavә
elәdi. Hәtta hәr iki ayağı şişmiş Kuxarskinin dә adını
yazdı. Mәn onun minlәrlә paralel kәsiklәr açılmış
ayaqlarını hәkim otağında görmüşdüm.
Ertәsi gün axşam çörәyimi tәzәcә yemişdim ki, rep-
roduktordan әmr gәldi: “Alle Juden im Lager, sofort
antreten!” – yәni: “Düşәrgәdәki bütün yәhudilәr, dәrhal
düzlәnin!” Sәs elә zabitәli idi ki, özümdәn asılı olmadan
çarpayıya çökdüm. “Sәnә nә oldu?” – Petka tәәccüblә
soruşdu. Mәn reproduktoru göstәrdim. O isә sadәcә
hәmişәki tәbәssümüylә gülümsәdi vә hәr iki әliylә izah
elәmәyә başladı: “Şşşş, sakit ol, niyә hәyәcanlanırsan?”
Amma reproduktor bütün gecә komanda verdi, çığırıb-
bağırdı. “Lagerschutz” әmri ilә imtiyazlı vә әlidәyәnәkli
dustaqlardan ibarәt düşәrgәdaxili mühafizә dәstәsinә ko-
manda verilirdi. Onların tәcili vә tәxirәsalınmaz işlәri
vardı. Amma, görünür, reproduktor onların işindәn razı
deyildi vә tezliklә yenidәn nәrildәdi (mәn bu sözlәri
dinlәyәndә titrәdim): “Aber im Laufschritt!” Düşәrgә
1 Laufen – qaçmaq (alm.)