Page 210 - talesiz
P. 210
İMRE KERTES
hәr toxunuşda ağrıyırdı. Amma kәnarları nazik qaysaq
bağlamışdı, bәzi yerlәr qartmaq tutmuşdu. Artıq hәkim
yaralarımın içinә tәnzif doldurmur, ümumiyyәtlә, mәni
sarğıya az-az çağırırdı. Çağıranda da mәsәlәni tez yoluna
qoyurdu (bu, mәni narahat edirdi) vә belә anlarda onun
üzündә razılıq ifadәsi (bu isә mәni lap çox narahat edirdi)
olurdu. İkincisi isә elә bir şeydi ki, onu inkar elәmәk daha
xoşdu. Elә ki, Petka ilә Zbışek söhbәtlәrinә ara verir,
başlarını qaldırıb diqqәtlә әtrafa baxır, susmağımız üçün
bizә sarı dönüb “şşş” elәyirdilәr, onda qulağıma uzaqdan
it hürüşmәsini xatırladan boğuq uğultu dәyirdi. Divarın o
biri tәrәfindә, Boquşun palatasında da canlanma var. Bunu
210 hәtta Boquş işıqları söndürәndәn sonra da uzun müddәt
kәsilmәyәn sәslәr sübut edir.
Sirenanın gurultusu indi gün әrzindә bir neçә dәfә
sәslәnir, gecәlәr isә reproduktordan gәlәn “Krematorium,
sofort ausmach’n!”1 komandası ilә yuxudan ayılıram vә
anlayıram ki, düşәrgә rәhbәrliyi krematori alovunun
bombardmançıların diqqәtini çәkmәsini istәmir. Bәrbәr-
lәrin yatmağa necә vaxt tapdıqlarını isә heç bilmirәm.
Deyirlәr ki, indi yeni gәlәnlәr hamama düşә bilmәk üçün
bәzәn qapının ağzında iki-üç gün lüt-üryan gözlәmәli
olurlar. Deyilәnә görә, “Leichenkommando”dan olanlar
dayanmadan işlәyirlәr. İndi bizim palatada boş çarpayı
qalmamışdı. Adi yara-xoralar arasında bu günlәrdә ilk dәfә
üzbәüz çarpayıda yatan macar oğlanın güllә yarası aldığını
eşitdim. Onun danışığından belә başa düşdüm ki, çox
uzaqdakı (Seysә oxşayan bir adı vardı) düşәrgәdәn Ordruf
(әgәr doğru anladımsa) kәndindәki düşәrgәyә günlәrlә
piyada yol gәlib. Әsirlәr sırayla gәlirmişlәr, yol boyu
düşmәndәn (yәni hücuma keçәn amerikanlardan)
gizlәnirmişlәr. Güllә onunla yanaşı addımlayan adama
dәymәliymiş, amma o adam yorğunluqdan qәfil yıxıldığı
1 Krematorium, sofort ausmach’n! – Krematoriləri dərhal söndürün! (alm.)