Page 208 - talesiz
P. 208
İMRE KERTES
qulaqları donduran bumbuz havada ayaqyalın, köynәyin
üstündәn ancaq adyalı atıb gedirdim. Burnum çoxlu sayda
tanış qoxuların arasında nәsә yeni, güclә hiss edilәcәk qoxu
alırdı. Böyük ehtimalla, yaxınlaşan baharın qoxusuydu. Bu,
o demәk idi ki, zaman bir yerdә dayanmır, irәli gedirdi. Geri
qayıdanda isә zolaqlı düşәrgә paltarı geymiş bir neçә nәfәrin
rezin tәkәrli arabanı (bu daha çox yük maşınına qoşulan
arabaya oxşayırdı) boz barakdan mәftil çәpәrә sarı
çәkdiklәrini vә üstünü qalayladıqlarını tәsadüfәn görürdüm.
Onların şaxtadan donub qurumuş әllәrini, ayaqlarını
gördükcә adyala daha bәrk bürünürdüm ki, Allah
göstәrmәsin, birdәn soyuqlayıb elәyәrәm. Öz isti palatama
208 qayıtmağa tәlәsirdim ki, orada ayağımın tozunu yüngülcә
silkәlәyib tez adyalın altına girim vә yerimi rahatlayım. Nә
qәdәr ki qonşum palatada idi (bir müddәt sonra onu buradan
çıxarıb “nach Hause” göndәrdilәr, yerinә isә yaşlı bir
polyakı gәtirdilәr), onunla oradan-buradan danışırdım,
yaxud da, sadәcә, ora-bura göz gәzdirir, reproduktordan
gәlәn tapşırıqlara qulaq kәsilirdim. Tәrәddüd etmәdәn deyә
bilәrәm ki, bu tapşırıqlar vә tәbii ki, bәzi fantaziyalarımın
sayәsindә yatdığım yerdәcә gün doğandan gün batanacan,
bәzәn dә lap gecәyarısınacan düşәrgә hәyatı barәdә tam
mәlumat әldә edә bilir, bu hәyatın bütün rәnglәrini,
zövqünü, qoxularını hiss elәyir, burada baş verәn hәr şeydәn,
әn әhәmiyyәtli, hәtta әn xırda mәsәlәlәrdәn belә xәbәr
tutmuş olurdum. Mәsәlәn, gündә bir neçә dәfә sәslәnәn
“Friseure zum Bad, Friseure zum Bad” komandası mәnә
yeni mәrhәlәnin başlandığından xәbәr verirdi. Bu komanda
hәr dәfә başqa birisiylә müşayiәt olunurdu: “Leichenkom-
mando zum Tor” – yәni: “Meyitdaşıyan briqada, qapıya çıx”.
Әgәr әlavә adamlar tәlәb olunurdusa, yeni gәlәnlәrin
vәziyyәti vә keyfiyyәti haqqında fikir yürüdә bilirdim. Artıq
bilirdim ki, belә vәziyyәtlәrdә “Effekten” – yәni anbar
işçilәri paltarlarını geyinib iş başına tәlәsmәli, hәm dә bәzәn
“im Laufschritt” – yәni qaça-qaça getmәlidirlәr. Әgәr