Page 205 - talesiz
P. 205
TALESİZ 205

vә konservi adyalımın kәnarına qoymaq üçün palatanın
kandarında peyda olanda mәlum oldu ki, qonşum macar
dilindә heç dә mәndәn pis danışmır.

“Bu kimdi?” – deyә o, dәrhal maraqlandı. Dedim,
mәnim bildiyimә görә, qonşu palatadan olan Pflegerdir,
adı da Bauşdur. O, mәnim sәhvimi düzәldib: “Bәlkә,
Boquş?” – dedi. İzah elәdi ki, bu ad Çexoslovakiyada çox
yayılmış addır. Özü dә әslәn oralı idi. Soruşdum ki, niyә
indiyә qәdәr macarca danışmırdın? Cavabında nә eşitsәm
yaxşıdır: “Macarlardan zәhlәm gedir”. Ürәyimdә onunla
razılaşdım. Heç mәnim dә onları sevmәyә xüsusi
sәbәblәrim yox idi. Onda o, yәhudi dilindә danışmağı
tәklif elәdi vә mәn o dili bilmәdiyimi boynuma almalı
oldum. Nәticәdә macar dilinin üzәrindә dayanmalı olduq.
Dedi ki, adı Luizdir. Bәlkә dә, Loyis dedi, yaxşı anla-
madım, hәtta “hәә, Layoş” dedim vә o, qәzәblә etiraz elәdi
ki, Layoş macar dilindәdir, o isә çexdir vә adının Loyza
çağırılmasında tәkid edir. Soruşdum ki, bu qәdәr dili
haradan öyrәnib? Danışdı ki, o, Yuxarı Macarıstanda
böyüyüb. Onlar ailәlәri, qohumları ilә birlikdә macarlardan
(onun ifadәsiylә desәm, “macar işğalı”ndan) qaçıblar.
Doğrudan da, yadıma gәlir, bir dәfә evdә bayraqlar asılmış,
bütün günü musiqi çalınmış, tәntәnәli nitqlәr söylәnmişdi:
“Yuxarı Macarıstan yenidәn Macarıstanındır!” Hәrbi
düşәrgәyә isә, әgәr düz anladımsa, Terezinanın ucbatından
düşüb. “Sәn, yәqin ki, onu Terezien-ştadt kimi tanıyırsan”,
– dedi. Cavab verdim ki, mәn onu, ümumiyyәtlә,
tanımıram. Bu cavabımdan bәrk tәәccüblәndi. Özü dә mәn
Çepel gömrüyünü tanımayanlara necә tәәccüblәnәrdimsә,
o cür. Sonra izah elәdi: “Ora Praqadakı gettodur”.
Dediyinә görә, macarlardan, çexlәrdәn, yәhudilәrdәn vә
almanlardan başqa, o hәm dә slovaklar, polyaklar,
ukraynalılar, hәtta, lazım gәlәrsә, ruslarla da danışa bilir.
Nәhayәt, biz onunla dostlaşdıq. Ona Boquşla tanışlı-
ğımızın tarixçәsini danışdım – bunu özü xüsusi xahiş
   200   201   202   203   204   205   206   207   208   209   210