Page 201 - talesiz
P. 201
TALESİZ 201
zitin heç bir nәticәsi, hiss olunacaq xeyri yox idi; bir ehti-
mal qalırdı ki, onlar sadәcә nәzakәt xatirinә, bir-iki xoş söz
demәk, ayaqüstü görüşmәk üçün gәlirdilәr).
Gәlәnlәrin tәlәskәnliyindәn açıq-aydın anlaşılırdı ki,
onlar nәsә yasaq iş görürlәr vә bunu yalnız Petkanın imkan
vermәsi sayәsindә elәyirlәr. Üstәlik, böyük tәcrübәm
nәticәsindә belә güman elәyirәm, amma yox, güman
elәmirәm, açıq deyirәm ki, bu riskin özü, bu cür saymazlıq,
hörmәtsizlik müәyyәn mәnada hәr ziyarәtin ayrılmaz
hissәsi idi. Hәr halda, qaranlıqda çәtin sezilsә dә, mәn
onların üzündә yaramazlıq edib cәzasız qalmış adam kimi
işıq saçan hansısa nadir sevinc ifadәlәrini müşahidә
elәdikcә belә qәnaәtә gәlmişdim ki, bu adamlar öz
әtraflarını, az da olsa, dәyişmәyә, sarsılmaz quruluşa zәrbә
endirib onun müqavimәtini qırmağa, yeknәsәq günlәrdәn
can qurtarmağa, özlәrinә, bәlkә dә, tәbiәtin özünә qalib
gәlmәyә nail olurlar. Hәr halda, mәn bunu belә tәsәvvür
elәyirdim. Amma әn qәribәlәrini mәndәn aralıda, qarşı
arakәsmәnin yanında yatan bir xәstәnin başının üstündә
gördüm. Hәmin xәstәni Petka bu sәhәr kürәyindә
gәtirmişdi. Gәtirәndәn sonra da әtrafında bir xeyli
vurnuxmuşdu. Mәn vәziyyәtin ağır olduğunu anlamış,
xәstәnin rus olduğunu da eşitmişdim. Axşam isә ona baş
çәkmәyә gәlәnlәr, az qala, palatanın yarısını tutmuşdular.
Çoxlu “R” hәrfi vә başqa hәrflәr gözümә dәyirdi. Gәlәnlәr
xәz papaq qoymuşdular, qәribә sırıqlı pambıq şalvar
geymişdilәr. Başlarının yarısında normal saç vardı, yarısı
isә daz qırxılmışdı. Digәrlәrinin isә kәnarları maşınla
qırxılmış gur saçları başlarının ortasından boyunlarının
ardına qәdәr uzanırdı. Әyinlәrindә adi zolaqlı yamağı vә
qırmızı yağlı boya ilә çәkilmiş iki çarpaz xәtti (adәtәn,
yazıda artıq hәrflәrin, rәqәmlәrin üstündәn belә işarә qoyu-
lur) olan gödәkcәlәr gördüm. Bәzilәrinin kürәyindә uzaq-
dan görünәn qırmızı dairә vardı. Dairәnin tәn ortasındakı
diqqәt çәkәn yağlı qırmızı nöqtә elә bil qışqırırdı ki, lazım