Page 196 - talesiz
P. 196
İMRE KERTES
kürәyindәn düşürür, bir kәnarda, skamyada oturdurdu vә
hәkim xoş ovqatla: “Komm, komm, komm, komm!”1 –
deyә mәnә müraciәt edәrәk ürәklәndirir, әslinә baxsan,
xoşuma gәlәcәk dәrәcәdә mehribancasına qulağımdan
yapışıb özünә sarı çәkir, bir hәrәkәtlә mәni masanın
üstünә qaldırırdı. Bәzәn dә qәbul otağında vurnuxma,
qәlәbәlik olurdu, sanitarlar bir ucdan xәstә daşıyırdılar.
Öz ayağıyla gәlәn xәstәlәr dә çox olurdu. Burada xeyli
sayda hәkim işlәyirdi. Belә vaxtlarda mәnә nisbәtәn aşağı
dәrәcәli başqa hәkim baxırdı vә tәmkinlә növbәti prose-
duru yerinә yetirirdi. Bu hәkimlәrdәn biri alçaqboylu,
çalsaçlı, yırtıcı quşun dimdiyi kimi sivriburunlu, yaxasın-
196 dakı qırmızı üçbucaqda dördrәqәmli nömrә yazılmış
hәkimdi vә mәn tezliklә onunla tanış oldum, hәtta, belә
demәk mümkünsә, dostlaşdım da. Yeri gәlmişkәn, o
hәkim mәnә dedi ki (bunu sonralar Petka da tәsdiqlәdi),
bizim hәkimimiz düz on iki ildir hәrbi düşәrgәdәdir.
Başını bulayaraq sakit sәslә: “Zwölf Jahre im Lager”2, –
dedi. Hәr halda, mәnim fikrimcә, qeyri-adi, tam dәqiq ol-
mayan bir şey haqqında danışanda belә elәyirlәr. Mәn
dәrhal: “Und Sie?”3 – deyә soruşdum. Dәrhal üzünün
ifadәsi dәyişdi: “О, ich, seit sechs Jahren bloss”4. Vә
etinasızlıqla әlini yellәdi, elә bil haqqında ciddi danış-
mağın belә, gülmәli olduğu nәsә boş bir şeydәn söhbәt
gedir. Amma sonra o özü mәni sorğu-suala tutdu, yaşımla
maraqlandı, evdәn bu qәdәr uzağa necә gәlib düşdüyümü
soruşdu. Söhbәtimiz tәxminәn belә başladı. “Hast du ir-
gend etwas gemacht?” – yәni o güman elәyirdi ki, mәn,
böyük ehtimalla, nәsә pis bir şey elәmişәm. Mәnsә
cavabında “nichts” dedim, yәni “heç bir şey”. Soruşdu
1 Komm, komm, komm, komm! – Gəl, gəl, gəl, gəl! (alm.)
2 Zwölf Jahre im Lager – On iki il düşərgədə (alm.)
3 Und Sie? – Bəs siz? (alm.)
4 О, ich, seit sechs Jahren bloss – Hə, mən vur-tut altıca il. (alm.)