Page 194 - talesiz
P. 194
İMRE KERTES

sözlә, tәkcә imtiyazlı dustağın yerinә yetirmәli olduğu
vacib funksiyanın (palataya nәzarәt ona tapşırılmışdı)
icraçısı deyildi, hәm dә sanitardı; xәstәlәrә qulluq emәk,
onların yanında oturmaq, Pfleger (qolundakı sarğıda da
vәzifәsi belә göstәrilmişdi) olmaq onun vәzifәsi idi.
Yaxud götürәk hәkimi (sonradan öyrәndim ki, kobud üz
cizgilәri olan hәmin o adam buranın hәkimi, hәtta baş
hәkimi imiş). Onun gәlişi, daha doğrusu, hәr sәhәr bizә
baş çәkmәsi dәyişmәz ritual xarakteri daşıyırdı. Elә ki
otaq sәliqәyә salınırdı, qәhvәlәr içilirdi, adyaldan
düzәlmiş pәrdәlәrin arxasından ehtiyac qabları (Petka
194 qabları orada saxlayırdı) yığışdırılırdı, dәhlizdәn dәrhal
onun ayaq sәslәri eşidilirdi. Bir dәqiqә sonra güclü bir әl
qapını açır vә gur sәslә: “Guten Morgen”, – deyәrәk
palataya daxil olurdu. Onun salamına cavab vermәk –
niyәsini hәlә dә bilmirәm – burada qәbul olunmamışdı.
Belә görünürdü ki, heç o da bizdәn cavab gözlәmir.
Әlbәttә, Petka istisna idi; o, hörmәtlә ayağa qalxaraq
üzündәki daimi tәbәssümlә hәkimi qarşılayırdı. Amma
bu hәrәkәtindә bizim imtiyazlı dustaqlara göstәrmәli
olduğumuz ehtiram yox idi. Sanki Petka hәkimә mәcbu-
riyyәtdәn yox, öz istәyi ilә hörmәtini göstәrirdi.

Sonra hәkim üzündә sәrt, gәrgin, bir az da dalğın
ifadәylә Petkanın gәtirib ağ masanın üstünә yığdığı
xәstәlik tarixçәlәrini bir-bir götürüb elә baxırdı ki, elә bil
onlar xәstәnin sağlamlığından başqa heç nәyin vacib vә
tәbii olmadığı hospitalda yazılmış әsl xәstәlik tarixçәlәri
idi. Sonra Petkaya tәrәf dönüb karton kağızlardan
hansınısa göstәrir, bir-iki göstәriş verirdi. Mәsәlәn, oxu-
yurdu: “Kewisch… Was? Kewischtjerd!” Hәkimә cavab
vermәk, yaxud burada olduğuna vә dediklәrini eşitdiyinә
dair bir işarә elәmәk (bunu çox tez öyrәndim), sәhәr
salamlaşmasına cavab kimi ona xeyirli sabah arzulamaq
   189   190   191   192   193   194   195   196   197   198   199