Page 195 - talesiz
P. 195
TALESİZ 195

qәdәr әdәbsizlik sayılırdı. Sonra hәkim “Der kommt
heute raus!”1 deyirdi. Bu sözlәrin arxasındakı mәna
(bunu sonradan bildim) belәydi ki, günün birinci yarı-
sında xәstә ya öz ayaqları ilә, ya da Petkanın kürәyindә
hәkimin qәbuluna – onun çıxışdan on-onbeş metr aralıda
yerlәşәn neştәrlә, qayçıyla vә kağız bintlә dolu olan
kabinetinә getmәlidir. Yeri gәlmişkәn, o, Seysdәki hәkim
kimi mәnim razılığımı öyrәnmәk barәdә heç düşünmürdü
dә. Әcaib formalı qayçı ilә budumda iki yeni kәsik
açarkәn etdiyim fәryada heç әhәmiyyәt dә vermәdi.
Yaramdan irini necә çıxarmasından, oranı tәnziflә necә
tәmizlәmәsindәn, nәhayәt, ora necә mәlhәm çәkmә-
sindәn onun çox tәcrübәli olması qәnaәtinә gәldim.
Hәkimin ehtimal elәdiyim ikinci tapşırığı belә idi: “Der
geht heute nach Hause”2. Bu isә o demәk idi ki, hәmin
xәstәni tam sağalmış hesab elәyir vә xәstә artıq “nach
Hause”, yәni “evә”, daha doğrusu, düşәrgә barakına vә
tәbii ki, öz briqadasına, işinin başına geri dönә bilәr.
Ertәsi gün hәr şey eyni qayda ilә tәkrar olunur, Petka da,
biz xәstәlәr dә, hәtta әşyalar vә buradakı lal şәrait dә eyni
ciddiyyәtlә bu oyunda iştirak edirdi. Hәkimә dәm tutur,
hәr gün eyni şeyi tәkrarlayır, mәşq edir, sanki bu ritualın
dәyişmәzliyini tәsdiq edirdik. Guya ki, hәkimin yeganә
vacib işinin, qarşısında duran dәyişmәz vәzifәsinin bizi
sağaltmaq, biz xәstәlәrin isә mümkün qәdәr tez sağalaraq
xәstәxana çarpayısından qalxıb evimizә, gündәlik işlәri-
mizin başına dönmәk olduğunu göstәrib rol oynamaqdan
tәbii bir şey yoxdur.

Sonralar hәkim haqqında çox şey öyrәndim. Bәzәn
qәbul otağında çox adam olurdu vә müәyyәn müddәt öz
növbәni gözlәmәli olurdun. Belә vaxtlarda Petka mәni

1 Der kommt heute raus! – burada: “Bunu bu gün yanıma gətirin!” mənasını
verir.
2 Der geht heute nach Hause – O, bu gün evə buraxılır. (alm.)
   190   191   192   193   194   195   196   197   198   199   200