Page 209 - talesiz
P. 209
TALESİZ 209

“zwei” vә ya “vier Leichentrager”, yaxud “mit einem”
vә ya “zwei Tragbetten sofort zum Tor!” deyә çağırırlarsa,
dәqiq bilirdim ki, haradasa (işdә, sorğuda, zirzәmidә, çar-
daqda, nә bilim, daha haradasa) bәdbәxt hadisә baş verib.
Bilirdim ki, kartof “Kartoffelschaler” – yәni “kartof
tәmizlәyәnlәr”in ancaq gündüz deyil, “Nachtschicht” –
yәni gecә növbәsi dә var. Daha çox şeylәr bilirdim. Amma
hәr gün nә havaya, nә ilin fәslinә baxmayaraq, axşamlar
eyni saatda reproduktordan sirli, müәmmalı çağırış
eşidilәrdi: “Ela zwo, Ela zwo, aufmarschieren lassen!” İlk
vaxtlar bu sözün üstündә az baş sındırmamışdım. Hәr şey
çox bәsitmiş, amma çağırışın ardınca çökәn kilsә sükutuna
bәnzәr tәntәnәli sakitlik “Mützen ab!” “Mützen ab!”
komandası ilә pozulur, bәzәn zәif, qırıq-qırıq civiltiyә
oxşayan musiqi parçalarından orada – lazaret divarlarının
vә tikanlı mәftillәrin o biri tәrәfindә – düşәrgәnin yoxlanış
üçün düzüldüyünü anlamağıma xeyli vaxt tәlәb olundu.
“Aufmarschieren lassen” – sıraya düzülmә әmri idi;
“zwo”, yәni “zwei” – “iki”; “Ela” isә, böyük ehtimalla,
“L.D” – yәni “Lageraltester” demәkdi. Buradan belә
çıxırdı ki, Buhenvaldda birinci vә ikinci, yәni iki Lageral-
tester vardı. Әslindә, bu, elә dә fövqәladә mәsәlә deyildi,
üstәlik, söhbәt belә böyük düşәrgәdәn gedirdisә. Orada
әsirlәrә (bunu sonralar öyrәndim) artıq doxsan mininci
nömrә paylanmışdı.

Bizim palata da yavaş-yavaş sakitlәşir. Artıq Zbışek
dә gedib. Bu gün Petkanın qonaqpәrvәrliyindәn faydalan-
maq növbәsi ondadır. Petka isә son dәfә әtrafa baxır vә
әnәnәvi olaraq “dobra noch” deyib işıqları söndürür.
Çarpayımın vә yaralarımın imkan verdiyi әn uyğun
vәziyyәti alıb adyalı başıma çәkirәm. Elә o dәqiqә dә dәrin
yuxuya gedirәm. Hәrbi düşәrgәdә başqa nә haqqında
düşünmәk olar ki? Mәni ikicә şey tәşvişә salırdı. Birincis,
yaralarımdı. Yaralarım öz yerindәydi, buna şübhә ola
bilmәzdi. Yaranın qıraqlarında әtim hәlә dә od tutub yanır,
   204   205   206   207   208   209   210   211   212   213   214