Page 215 - talesiz
P. 215
TALESİZ 215

içini çәkib uğuldadı. Petka hәmin әşyanı öz çarpayısının
altında gizlәtmәzdәn әvvәl üzündәki hәmişәki
tәbәssümüylә (bu tәbәssüm mәnә evimizi, Milad
bayramında şamağacının altından mәnimçün nәzәrdә
tutulmuş hәdiyyәni çıxarıb göstәrdiklәri keçmiş zamanları
xatırlatdı) açdı, başının üstünә qaldırıb hamımıza göstәrdi.
O, әlindә qısa vә hamar ağac parçasına bәrkidilmiş
göyümtül parıltılı metal boru tutmuşdu. “Lülәsi kәsik
tüfәng” – bir vaxtlar xәfiyyәlәr vә quldurlar haqqındakı
sevimli kitablarımdan oxuduğum söz yadıma düşdü.

Sonrakı günlәr dә cürbәcür hadisәlәrlә zәngin oldu,
hamısı yadımda qalmayıb. Hәr halda, bir şeyi dәqiq deyә
bilәrәm ki, bütün bu müddәt әrzindә mәtbәximiz yaxşı
işlәyirdi, hәkim dә әvvәlki kimi dәqiq idi. Bir sәhәr
qәhvәdәn sonra dәhlizdәn tәlәsik addım sәslәri vә әmrә,
siqnala oxşayan hündür nida eşidildi. Petka sәsi eşidәn
kimi gizlәtdiyi bağlamanı tәlәsik çıxarıb harasa qaçdı. Saat
doqquza yaxın reproduktordan bu dәfә mәhbuslara yox,
mühafizә dәstәsinә aid göstәriş gәldi: “An alle SS-Ange-
hörigen, Das Lager sofort zu verlassen!”1. Әmr iki dәfә
tәkrar olundu. Yәni onlara dәrhal düşәrgәdәn çıxmaq әmr
olunurdu. Bunun ardınca bir müddәt gah yaxınlaşan, gah
uzaqlaşan, hәrdәn elә bil düz başımın üstündә guruldayan,
sonra yavaş-yavaş sakitlәşәn döyüş sәslәri eşitdim.
Nәhayәt, dәrin bir sakitlik çökdü. Mәn nәsә gözlәyir, hәr
tıqqıltıya qulaq kәsilir, ümid elәyirdim, amma hamısı әbәs
idi. Nә hәmişәki vaxt, nә dә sonra horra qazanının
yaxınlaşmasına işarә edәn tanış sәslәri, qışqırıqları
eşitmirdim (hәrçәnd yemәk vaxtı keçmişdi). Reproduktor
qutusu Lageraltesterin bizә müraciәt edәcәyini xәbәr
verәndә, tәxminәn, günorta saat dörd olardı. O, çıxışına
“Kameraden!” sözü ilә başladı. Sәsindәn hiss olunurdu

1 An alle SS-Angehörigen, Das Lager sofort zu verlassen! – SS hissələrinin
bütün işçiləri, dərhal düşərgəni tərk edin! (alm.)
   210   211   212   213   214   215   216   217   218   219   220