Page 217 - talesiz
P. 217
TALESİZ

Artıq Petka da bir az qızarıb-pörtmüş, hәyәcanlanmış halda
qayıtmışdı. Anlaşılmaz sözlәrlә dolub-daşan reproduktordan,
nәhayәt, düşәrgә rәisinin sәsi eşidildi. Bu dәfә o, Kartof-
felschalerkommando1 üzvlәrinә müraciәt edir, onları zәhmәt
çәkib mәtbәxdә öz yerlәrini tutmağa sәslәyirdi. Düşәrgә
sakinlәrini isә gecәyarısına qәdәr yatmamağa çağırırdı, çünki
onlar üçün yağlı şorba – qulyaş hazırlanırdı. Mәn rahat nәfәs
alıb başımı yastığa atdım, gәrginlik canımdan çıxmışdı vә
azad olduğum barәdә ilk dәfә ciddi-ciddi fikirlәşdim.

9 217
Evimizdәn nә vaxt çıxmışdımsa, tәxminәn, elә hәmin
vaxt da qayıtdım. Hәr halda, Buhenvald әtrafındakı
meşәlәr artıq çoxdan yaşıllaşmışdı, cәsәdlәr basdırılan
çalaların üstünü tәzә ot örtmüşdü. Yeni dövranın gәlişiylә
sahibsiz qalmış, cır-cındır, kağız qırıqları, konserv qutuları
ilә zibillәnmiş, ocaq yerindәn qalma qara lәkәlәrlә dolu as-
falt yayın bürküsündәn әrimәyә başlayanda mәndәn yola
çıxmaq istәyib-istәmәdiyimi soruşdular. Әsasәn, gәnclәr
toplaşmışdı, onlara eynәkli, çalsaç, pota bir adam rәhbәrlik
etmәli idi. Bu adam düşәrgәnin macar komitәsinin üzvü,
imtiyazlı dustaqlardan biri idi. Yolda qarşımıza çıxan
çәtinliklәri qaydasına qoyacaqdı. “Yük maşını var vә belә
görünür ki, amerikanlar da bizi bir az şәrqә tәrәf atmağa
razıdırlar, oradan o tәrәfi isә artıq bizim işimizdir”, – deyә
üzünü bizә tutdu vә ona “Mikloş dayı” demәyimizi
bildirib, sözünә davam elәdi: “Hәyatımız öz qaydasında
getmәlidir”.
Ürәyimdә fikirlәşdim ki, doğrudan da, başqa çarәmiz
yoxdur. Bir halda ki, iş belә gәtirib, biz axı özümüzdәn nә
qәrar verә bilәrik? Mәn dә özümü tam sağalmış hesab
elәyirdim. Әlbәttә, bәzi xırda-para şeylәri, kiçik

1 Kartoffelschälerkommando – kartoftəmizləyən briqada (alm.)
   212   213   214   215   216   217   218   219   220   221   222