Page 218 - talesiz
P. 218
İMRE KERTES

anormallıqları nәzәrә almasaq, ümumilikdә vәziyyәtim
babat idi. Mәsәlәn, barmağımı bәdәnimdә hansısa bir
nöqtәyә basanda o yerdә uzun zaman çökәk yaranırdı. Elә
bil dәri yox, elastikliyini itirmiş cansız material (mәsәlәn,
pendir, ya mum kimi) idi. Keçmiş esesçilәrin hospitalında,
rahat palatada yatdığım günlәrdә divardakı güzgüyә
baxarkәn sifәtim mәni tәәccüblәndirdi: axı üzüm yadımda
başqa cür qalmışdı. İndi isә güzgüdә başqa sifәt görürdüm:
artıq iki santimetr uzanmış kirpi saçlarımın altında
inanılmaz dәrәcәdә ensiz alın vardı. Qulaqlarımın üstündә,
başımın daz hissәsindә tüklәr biz-biz bitmişdi, digәr
yerlәrdә saçım nisbәtәn yumşaq idi. Üz-gözümdәki qırışlar
218 kef çәkmәkdәn doymuş adamın (hәr halda, oxuduğum
kitablardan yadımda belә qalıb) vaxtından әvvәl qocalması
tәәssüratı yaratmalıydı. Açıq-aşkar alacalanmış gözlәrimә
baxdıqca fikirlәşirdim ki, bir zamanlar bu gözlәr daha
mehribancasına, daha inamla baxırdı. Üstәlik, sağ ayağımı
çәkә-çәkә azca axsayırdım. “Fikir elәmә, – Mikloş dayı
mәni sakitlәşdirirdi, – vәtәnin havası dәrdinә dәrman ola-
caq. Öz torpağımızda tәptәzә vәtәn quracağıq”.

Başlanğıc üçün o, bizә bir-iki yeni mahnı öyrәtdi.
Şәhәrlәrdәn, kәndlәrdәn keçdik, hәrbi qaydada üçnәfәrlik
sırayla addımlayır, yol boyunca onun öyrәtdiyi mahnıları
oxuyurduq. Bilmirәm niyә, amma mәn daha çox “Madrid
yaxınlığında sәma görünmür” sözlәri ilә başlanan mahnını
sevirdim. Başqa mahnının bir bәndini dә xüsusilә
bәyәnirdim. Orada deyilirdi: “Ümidsizlik vә kәdәrdәn
bükülübdür belimiz / Amma yenә silah tutur bizim güclü
әlimiz”. Xoşuma gәlәn başqa mahnı da vardı, bir misrası
belәydi: “Biz fәhlә vә kәndlilәrin gәnc qvardiyasıyıq!” Bu
misradan sonra “Rot Front!” deyә qışqırırdıq. Hәr dәfә bu
sözlәri qışqıranda haradasa yaxınlıqda qapı, ya pәncәrәnin
örtüldüyünü görürdüm. Darvazaya, yaxud hansısa küncә
tәrәf qaçan insan fiquru da (böyük ehtimalla, almandı)
gözümdәn yayınmırdı. Yola balaca bir çanta ilә çıxmışdım.
   213   214   215   216   217   218   219   220   221   222   223