Page 223 - talesiz
P. 223
TALESİZ 223

Pәncәrәlәrdәn qәribә mәnzәrә açılırdı: qurumaqda olan
ağacları ilә tәmiz, hüznlü hәyәt görünürdü. Qarşı mәnzildәn
başı yaylıqlı bir qadın çıxdı, mәhәccәrin yanında dayanıb
әlindәki toz әsgisini bәrk-bәrk çırpmağa başladı. Haradansa
radioda sәslәnәn musiqi sәdaları gәlirdi, bir uşaq var
gücüylә ağlayırdı.

Zәngi basdım. Qapı açılanda geri sıçradım. Bunca za-
mandan sonra Bandi Sitromun xırda, bir az çәp gözlәri
üzümә zillәnmişdi. Amma o gözlәr çox da hündür olmayan
enlikürәk, qarasaç, gәnc bir qadının üzündәn baxırdı. Qadın
da geri sıçradı. Görünür, әynimdәki düşәrgә paltarından
qorxmuşdu. Qapını üzümә bağlamasın deyә tәlәsik
soruşdum: “Bandi Sitrom evdәdi?” “Yoxdu”, – deyә cavab
verdi. Soruşdum: “İndi evdә deyil, yoxsa, ümumiyyәtlә,
yoxdur?” Qadın başını silkәlәdi vә әllәriylә üzünü örtüb:
“Ümumiyyәtlә”, – dedi. Әllәrini üzündәn çәkәndә
gözlәrinin nәmlәndiyini gördüm. Dodaqları titrәdi.
Fikirlәşdim ki, yaxşısı budur, gәldiyim kimi dә çıxıb gedim.
Elә bu vaxt alaqaranlıqda başında yaylıq, әynindә
tündrәngli paltar olan arıq, yaşlı bir qadın göründü vә mәn
bir daha tәkrar elәdim: “Mәn Bandi Sitromun yanına
gәlmişdim”. Cavabında isә yaşlı qadın dedi: “Evdә yoxdu”.
Amma o qadın mәni buraxmaq da istәmirdi: “İmkan olsa,
sonra gәlin. Bәlkә, bir-iki gündәn sonra”.

Hiss elәdim ki, gәnc qadın bu sözlәri eşidәndә qәribә,
etirazedici tәrzdә ona tәrәf baxdı, eyni zamanda әlini ağzına
tutub, sanki demәk istәdiyi sözün qabağını aldı. Mәn nәsә
demәliydim, onlara gәlişimin sәbәbini izah elәmәliydim.
“Biz Seysdә birlikdә idik”, – dedim. Qadın ciddi, qәtiyyәtli
tonla soruşdu: “Bәs niyә evә birlikdә qayıtmadınız?” Bu
sualın qarşılığında mәn, az qala, özümә haqq qazandırmalı
oldum: “Biz bir-birimizi itirdik. Mәni başqa düşәrgәyә
göndәrdilәr”.

O, düşәrgәmizdә başqa macarların olub-olmadığı ilә
maraqlandı. “Әlbәttә, çox idi”, – dedim. Bu cavabdan son-
   218   219   220   221   222   223   224   225   226   227   228