Page 225 - talesiz
P. 225
TALESİZ 225
konduktora baxdı. Sonra әlindәki qәpiyi irәli uzadıb (az
qala, qarnına soxacaqdı): “Bilet verin!” – dedi. Ona
tәşәkkür elәmәyә çalışdım, amma acıqla mәnә sarı dönüb
sözümü kәsdi: “Bәzi adamlara ayıb olsun!” Amma bәlәdçi
artıq vaqondan çıxmışdı, qarı isә yenә dә bayaqkı kimi
pәncәrәdәn bayıra baxırdı. Onda hәmin adam mәnә tәrәf
döndü, üzünә mülayim ifadә verib: “Oğlum, sәn Al-
maniyadan gәlirsәn?” – deyә soruşdu. “Bәli”, – dedim.
“Hәbs düşәrgәsindәn?” – yenә soruşdu. “Tәbii”. “Bәs
hansındaydın?” “Buhenvaldda”. “Hә, eşitmişәm. Ora da
nasist cәhәnnәmlәrindәn biri idi. Bәs sәni harda
tutmuşdular?” – soruşdu. “Budapeştdә”. “Orda neçә
müddәt qaldın?” “Tәxminәn bir il”. “Yәqin, orda çox
dәhşәtlәr görmüsәn, oğlum, elәdir?” – soruşdu. Cavabında
heç nә demәdim. “Neynәk, – sözünә davam elәdi, – әsas
odur ki, hәr şey geridә qaldı”.
Üzünә sanki işıq gәldi, yaxınlığından keçdiyimiz
evlәrә işarә elәyib soruşdu: “İndi evinizә qayıtmısan, çox-
dan çıxdığın doğma şәhәri yenidәn görmüsәn, bu dәqiqә
nә hiss elәyirsәn?” “Nifrәt”, – dedim. Susdu, amma az
sonra dedi ki, mәnim hislәrimi başa düşür, ümumiyyәtlә,
fikirlәşir ki, “indiki situasiyada” nifrәtin dә yeri, müәyyәn
rolu, hәtta “xeyri” dә var. Sonra әlavә elәdi ki, mәnim mәhz
kimә nifrәt elәdiyimi yaxşı başa düşür. “Hamıya”, – dedim.
O, yenә susdu. Bu dәfә sükutu bayaqkından uzun çәkdi.
Sonra davam elәdi: “Çox dәhşәtli şeylәr görmüsәn, hә?”
“Bu, ondan asılıdır ki, nәyi dәhşәt hesab elәmәk olar”.
Üzümә baxıb: “Belә başa düşürәm ki, çox aclıq çәkmisәn,
ehtiyac görmüsәn, yәqin, çox da döyülmüsәn”, – dedi.
“Tәbii”, – dedim. “Oğlum, axı niyә bütün suallara “tәbii”
cavabı verirsәn? – dedi vә hiss elәdim ki, adam yavaş-yavaş
hövsәlәdәn çıxır. – Axı bütün başına gәlәnlәr necә “tәbii”
ola bilәr?” Cavab verdim ki, “orda hәr şey mümkündür, hәr
şey tәbiidir”. “Yaxşı, axı oranın... – dili topuq vurdu vә bir
qәdәr tәrәddüdlә davam elәdi, – axı... oranın... düşәrgәnin