Page 229 - talesiz
P. 229
TALESİZ 229
hazırlayaq? Onu yalnız mәnim danışdıqlarım әsasında özü
yazacaqdı. Belәcә, bir qәdәr pul da qazana bilәrdim ki, bu
da, yәqin, yerinә düşә bilәr, gәrәyim olar, “yeni hәyata
başlamağıma” yardım edәrdi. Bu yerdә utancaq tәbәssümlә
(sanki özünә bәraәt qazandırırdı) onu da әlavә elәdi ki,
“әlbәttә, mәnә çox pul tәklif elәyә bilmәyәcәk”, çünki
işlәdiyi qәzet hәlә çox yenidir, “maddi imkanları son dәrәcә
azdır”. Amma belә hesab edirdi ki, hazırda әsas mәsәlә bu
deyil, әsas mәsәlә – “hәlә dә qanayan yaraları sağaltmaq
vә günahkarları cәzalandırmaqdır”. İlk növbәdә isә, “icti-
mai rәyi formalaşdırmaq, cәmiyyәtdәki süstlüyü, laqeydliyi
aradan qaldırmaq, şәkk-şübhәni qovmaq” lazımdır. Axı
ümumi sözlәr danışmaqdan nә fayda? Onun fikrincә,
çalışıb hәqiqәti üzә çıxarmaq lazımdır vә nә qәdәr “çәtin
vә ağrılı olsa da”, cәmiyyәt bu hәqiqәtlә üz-üzә
dayanmalıdır. Dediyinә görә, mәnim sözlәrimdә o, yeni vә
orijinal fikirlәr görürdü, amma ümumilikdә bu fikirlәr
özündә zamanın ruhunu әks etdirir vә (әgәr onu doğru başa
düşdümsә) “faktiki materialın yorucu mәzmununda yeni,
tәkrarolunmaz çaları” tәmin elәyәn zәmanәmizin “qәmli
möhürü” hiss olunur. Jurnalist fikirlәrini belә ifadә elәdi,
sonra mәndәn bu barәdә nә düşündüyümü soruşdu. Cavab
verdim ki, ilk olaraq şәxsi işlәrimi yoluna qoymalıyam.
Amma, deyәsәn, mәni düz başa düşmәdi vә dedi: “Yox. Bu
artıq tәk sәnin işin deyil. Bu, hamımızın – bütün dünyanın
işidir”. Mәn razılaşdım vә dedim ki, indi evimizә
getmәliyәm.
Skamyadan qalxdıq, amma tövründәn hiss olunurdu
ki, hәlә dә tәrәddüd içindәdir, nәyisә götür-qoy elәyir.
“Bәlkә, mәqalәlәrimizә görüşümüzdәn xatirә şәkli
çәkmәklә başlayaq?” – soruşdu. Mәn heç bir söz demәdim.
O, dodaqucu yüngülcә gülümsәyib dedi ki, “jurnalist peşәsi
hәrdәn nәzakәtsiz olmağa mәcbur edir”, amma әgәr bu,
mәni narahat elәyirsә, heç bir mәcburiyyәt olmayacaq.
Sonra oturub dizinin üstündә qara dәftәrçәsinә tәlәsik nәsә