Page 233 - talesiz
P. 233
TALESİZ 233
nә olduğunu anlaya bilmirdim. Yalnız bir söz tez-tez
işlәnirdi vә onun bu qәdәr tәkrar olunması mәni әmәlli-
başlı yorur vә darıxdırırdı. Qocalar söhbәtin gedişindә
dәyişiklik, ya dönüş elәmәk istәyәndә mәhz bu sözә әl
atırdılar. Mәsәlәn, evә sarı ulduzla “gәldi”, oktyabrın on
beşi1 “gәldi”, nilaşistlәr “gәldi”, getto “gәldi”, Dunay sahi-
lindәki hadisә2 “gәldi”, qurtuluş günü “gәldi”. Bir-iki xırda-
para sәhv dә gözümdәn qaçmadı. Müşahidә elәyirdim ki,
onların özlәrinin dә hadisәlәri bәrpa elәmәkdә aciz
olduqları bütün bu bulanıq, ağlagәlmәz tәfsilatlar sanki
dәqiqәlәrin, saatların, günlәrin, hәftәlәrin, ayların normal
axarı ilә davam elәmәmişdi, hamısı eyni vaxtda baş
vermişdi vә hamı da dağıdıcı, çılğın bir qasırğanın
içindәydi. Elә bil söhbәt çoxlu sayda iştirakçının birdәn-
birә gizli impuls alıb, gözlәnilmәdәn başlarını itirәrәk
özlәrinin dә cavabdeh olmadıqları hәrәkәtlәri etmәklә
ehtiraslı bir orgiyaya çevrilәn hansısa qәribә axşamdan
gedirdi.
Qocalar bir neçә dәqiqәlik susdular, sonra Fleyşman
dayı mәnә baxıb soruşdu: “Hә, indi neylәmәyi düşünürsәn,
nә planların var?” Bir az tәәccüblәndim vә dedim: “Sözün
düzü, hәlә bu barәdә fikirlәşmәmişәm”. Onda ikinci qoca
da bir az mәnә sarı әyilib yerindә qurcalandı. Yenidәn әlini
qaldırdı, amma bu dәfә kürәyimә çәkmәdi, dizlәrimin
üstünә qoyub dedi: “İlk olaraq, gördüyün bütün dәhşәtlәri
unutmalısan”. “Niyә ki?” – mәn yenә tәәccüblә soruşdum.
“Ona görә ki, elә olmasa, unutmasan, yaşaya bilmәzsәn”.
Fleyşman dayı da başı ilә tәsdiqlәyib dedi: “Hә, yoxsa azad
yaşaya bilmәzsәn”. İndi dә Şteyner dayı onun dediklәrini
1 Mikloş Xorti və tərəfdarlarının antihitler koalisiyası ilə separat sülh imzala-
maqla müharibədən çıxmaq üçün etdikləri son cəhdi (15 oktyabr 1944-cü il)
nəzərdə tutulur. Bu cəhdin uğursuzluğu nəticəsində Macarıstanda Salaşenin
rəhbərlik etdiyi yerli faşist partiyası – nilaşistlər hakimiyyətə gəldi.
2 1945-ci ilin qışında nilaşistlər hələ də Budapeştdə qalmış yəhudiləri Dunayın
sahilində güllələyib çaya atırdılar.