Page 238 - talesiz
P. 238
İMRE KERTES

dәrdi uda bilmәrәm. Amma görürdüm ki, onlar heç nә an-
lamaq istәmirlәr.

Az sonra torbamı vә papağımı götürdüm, fikirlәrimi
bitirmәdәn ev sahiblәri ilә soyuq tәrzdә sağollaşıb çıxdım.
Anamın yanına tramvayla getmәliydim. Küçәdә birdәn
yadıma düşdü ki, axı cibimdә bir quruşum da yoxdur, odur
ki piyada getmәyә qәrar verdim. Bir az güc toplamaq üçün
meydançada, bayaqkı skamyanın yanında dayandım.
İrәlidә mәnim getmәli olduğum küçә sanki uzanır,
genişlәnir vә sonu görünmürdü. Mavi tәpәlәrin üzәrindә
bulud topaları bәnövşәyi, sәma isә al-qırmızı rәngә
boyanırdı. Әtrafda da elә bil hәr şey dәyişmiş, küçәdә
238 gediş-gәliş azalmışdı. Addımlar yavaşımış, sәslәr alçalmış,
baxışlar yumşalmış, üzlәr bir-birinә sarı dönmüşdü. Bu,
düşәrgәdә әn çox sevdiyim hәmin o tәkrarolunmaz vaxt idi
– hәtta indi, burada da yadımdaydı. Adını qoya bilmәdiyim
kәskin, ağrılı, şiddәtli bir hiss ruhumu bürüdü: hәsrәt. Hәr
şey birdәn canlandı, elә bil hәr şey burada, yanımda idi;
bütün hislәr köksümdә baş qaldırıb mәni qәribә bir ovqata
köklәdi, yaddaşımda әn xırda, amma mәnimçün çox vacib
olan xatirәlәr oyandı. Hә, müәyyәn mәnada orada hәyat
daha tәmiz, daha sadә idi. Hәr şey yadıma düşdü, bütün
tanıdıqlarım vә tanımadığım adamlar gözümün qabağından
keçdi: Bandi Sitrom da, Boquş da, hәkim dә, başqaları da.
İndi ilk dәfә onları incik halda, bir az mәzәmmәtlә xatırla-
yırdım.

Amma şişirtmәyәcәm: mәsәlәnin mahiyyәti dә,
çәtinliyi dә mәhz buradadır. Mәn buradayam vә yaxşı
bilirәm ki, sağ qalmağım vә bundan belә dә yaşaya
bilәcәyim hәyatın müqabilindә bütün bәhanәlәri qәbul
elәyәrәm. Müharibәnin viran qoyduğu, zir-zibilin qalaq-
landığı bu sülh şәraitindәki şәhәr meydanının axşam
mәnzәrәsini yenidәn görmәk üçün әtrafıma boylandım. İn-
sana min vәd verәn bu küçәyә baxdıqca içimdә bir inamın
baş qaldırdığını hiss elәdim: mәn hәyatımın davamını
   233   234   235   236   237   238   239   240