Page 239 - talesiz
P. 239
TALESİZ 239

yaşayacağam. Anam mәni gözlәyir; zavallı, mәni
görmәyinә nә qәdәr sevinәcәk. Yadımdadır ki, bir zamanlar
mәnim mühәndis, hәkim, ya da başqa bir peşә sahibi
olmağımı istәyirdi. Yәqin, elә bu cür dә olacaq, o, hansı
ixtisası seçsә, mәn dә razılaşacağam. Dünyada elә bir şey
yoxdur ki, biz onu tamamilә tәbii hadisә kimi yaşamayaq.
Bilirәm ki, yolumdakı qaçılmaz tәlә kimi, xoşbәxtlik mәni
gözlәyir. Axı orada, krematori borularının dibindә,
işgәncәlәrin arasında da xoşbәxtliyә bәnzәr nәlәrsә olurdu.
Hamı mәndәn yaşadığım çәtinliklәri, “dәhşәtlәri” soruşur.
Mәnimsә yadımda daha çox o xoş dәqiqәlәr qalıb. Hә,
gәrәk növbәti dәfә mәni sorğu-suala tutanda düşәrgәdәki
xoşbәxtlik haqqında danışam. Әlbәttә, әgәr soruşsalar.

Vә bir dә, әgәr mәn özüm bütün bunları unutmasam.
   234   235   236   237   238   239   240