Page 234 - talesiz
P. 234
İMRE KERTES

başı ilә tәsdiqlәdi vә “belә ağır yüklә yeni hәyata başlamaq
olmaz”, – dedi. Burada o, müәyyәn mәnada haqlı idi vә bunu
etiraf elәmәyә bilmәzdim. Amma bir şeyi axıracan başa düşә
bilmirdim ki, niyә onlar mәndәn mümkün olmayan bir şeyi
istәyirlәr? Dedim ki, olan-olub, keçәn-keçib, axı yaddaşımı
nәyәsә mәcbur elәyә bilmәrәm. Yeni hәyata başlamaq isә,
hesab elәyirdim ki, “ancaq bu dünyaya ikinci dәfә gәlsәm,
ya da beynim hansısa xәstәlikdәn şikәst olsa, onda mümkün
olar. Yәqin ki, siz mәnә belә bir şey arzu elәmәzsiniz? Vә
ümumiyyәtlә, mәn orada hansısa dәhşәtlәrin olduğunu
görmәmişәm”. Bu sözlәrimdәn bәrk tәәccüblәndilәr. “Necә
yәni görmәmişәm?” – burasını başa düşә bilmirdilәr. Onda
234 mәn soruşdum ki, bәs onlar “çәtin zamanlarda” nә edirdilәr?
“Necә yәni nә edirdik? Yaşayırdıq”, – qocalardan biri fikrә
getdi. “Yaşamağa çalışırdıq”, – o biri qoca әlavә elәdi. “Yәni
belә çıxır ki, siz dә addım-addım irәli gedirdiniz”. “Necә yәni
addım-addım?” – onlar bunu heç cür başa düşә bilmirdilәr.
Elә olan halda mәn onlara Osvensimdә addım-addım
yaşamağın nә olduğundan, necә olduğundan danışdım.
Dedim ki, bir dәmiryol briqadası – әlbәttә, hәmişә vә mütlәq
belә olduğunu deyә bilmәrәm, amma mәn öz işlәdiyim
yerdәn danışıram – üç min adamdan ibarәtdir. Üç minin
tәxminәn min nәfәri kişidir. Bir adamın yoxlanmasına bir-
iki (daha çox bir) saniyә vaxt tәlәb olunur. Әn birincini vә әn
sonuncunu hesaba almırıq, çünki onları heç vaxt saymırlar.
Amma ortada intizarla, ümidlә dayanıb gözlәmәk (özüm dә
orada dururdum) tәxminәn on-iyirmi dәqiqә çәkir. Bu
müddәtdә elә bir yerә gәlib çatırsan ki, sәnin qazla
öldürülmәyin, yoxsa sәnә hәlә bir az da yaşamaq şansı
verilmәsi mәhz orada hәll olunur. Tәbii ki, bu müddәtdә sıra
da irәlilәyir, növbә yaxınlaşır vә hәr kәs hәrәkәtin sürәtinә
uyğun olaraq iri vә ya kiçik addımlar atır.

Araya çökәn qısa sükutu Fleyşman dayının arvadı
pozdu: masanın üstündәki boşalmış qabı götürüb mәtbәxә
keçdi vә daha geri qayıtmadı.
   229   230   231   232   233   234   235   236   237   238   239