Page 232 - talesiz
P. 232
İMRE KERTES

– Hә, hә, “Mauthauzen”, – dedi, dәrhal da rәnglәri
qaraldı.

Sonra anamı, haqqında bir mәlumat olub-olmadığını
soruşdum. O saat cavab verdilәr ki, әlbәttә, mәlumdur, sağ-
salamatdır. İki ay әvvәl buralara gәlibmiş, özlәri görüblәr,
hәlә söhbәt dә elәyiblәr, mәni soruşurmuş. Maraqlandım
ki: “Bәs analığım necә?” “Hә, onu deyirsәn? İmkan tapıb
әrә dә getdi...” – dedilәr. “Yaxşı görәk, kimә?” – tәәccüblә
soruşdum. Adı yada salmaqda yenә çәtinlik çәkdilәr. Biri
dedi: “Kişinin adı Kovaç idi, deyәsәn”. O biri razılaşmadı:
“Yox, Kovaç deyildi, deyәsәn, Futo idi”. Soruşdum:
“Bәlkә, Şütyo?” Qocalar yenә bayaqkı kimi sevincәk olub,
232 başları ilә tәsdiqlәdilәr: “Hә, hә, elәdir, Şütyo”. Sonra izah
elәmәyә başladılar ki, bәs analığım o adama çox şeyә görә,
daha doğrusu, hәr şeyә görә borclu imiş. “Axı o, bizim var-
yoxumuzu xilas edib, әn çәtin günlәrdә hamısını gizlәdib”,
– fikirlәrini belә ifadә elәdilәr. “Hәr halda, mәnә elә gәlir
ki, analığın bu mәsәlәdә tәlәsdi”, – deyә Fleyşman dayı bir
az fikrә gedib әlavә elәdi. Şteyner dayı da bu fikrin әleyhinә
bir söz söylәmәdi, yalnız bunu dedi: “Amma, hәr halda,
onu da başa düşmәk olar”. Bu dәfә dә Fleyşman dayı
onunla razılaşdı.

Onlarla bir az da oturdum. Uzun zaman idi ki, bax bu
cür tünd-qırmızı mәxmәr üzlüklü yumşaq kresloda
әylәşmәmişdim. Fleyşman dayının arvadı mәtbәxdәn gәldi.
Kәnarları haşiyәli ağ çini qabın içindә yemәk gәtirdi: yağ
çәkilmiş çörәyin üstünә qırmızı bibәr vә soğan halqaları
düzülmüşdü. Әvvәllәr belә buterbrodları necә sevmәyim
onun hәlә dә yadındaydı. Dedim ki, heç indi dә buterbroda
iştaham azalmayıb. Mәn yemәyimi yeyәnә qәdәr qocalar
ötüb-keçәn bütün bu müddәtdә necә yaşadıqlarından
danışdılar. “Eh, nә deyәk, nә danışaq, heç buralarda da
dolanmaq asan deyildi”. Onların dumanlı, rabitәsiz
söhbәtindәn heç bir mәntiqi ardıcıllığı olmayan qarışıq
hadisәlәrin mәnzәrәsi yaranırdı ki, mәn tam olaraq nәyin
   227   228   229   230   231   232   233   234   235   236   237