Page 235 - talesiz
P. 235
TALESİZ 235
Qocalar isә mәndәn bu sözlәrimlә nә demәk
istәdiyimi soruşdular. Cavab verdim ki, xüsusi bir şey
demәk istәmirәm. Dediyim odur ki, heç dә hәr şey nәyinsә
“gәlmәsiylә” başlamır, biz özümüz dә ona sarı addımlar
atırıq. İndi hәr şey bitmiş, geridә qalmış, sona çatmış,
tәkrarolunmaz, hәddәn artıq sürәtli, dәhşәtli dәrәcәdә qeyri-
müәyyәn görünür; sizin dediyiniz o “gәldilәr” kimi. İndi
durub geriyә boylananda vә hadisәlәrin iç üzünә baxanda
(әlbәttә ki, olacaqları qabaqcadan biliriksә), hәr şey köhnә
tarixdә baş vermiş kimi görünür. Onda, doğrudan da, yalnız
zamanın axarını hesaba ala bilәrik. Mәsәlәn, hansısa
mәnasız bir öpüş, tutaq ki, gömrükdә, ya qaz kamerasında
keçirilәn gün qәdәr labüddür. Amma istәyirsәn geri bax,
istәyirsәn irәli – ikisi dә yanlışdır. Bu haqda öz-özümә
fikirlәşirdim. Nәticәdә bәzәn hәtta iyirmi dәqiqә dә
özlüyündә kifayәt qәdәr böyük müddәtdir. Axı hәr dәqiqә
başlayır, davam edir, bitir vә növbәti dәqiqә başlayır. “Elә
isә gәlin fikirlәşәk, hәr belә dәqiqә öz gәlişiylә nәsә tәzә
bir şey gәtirә bilәrdi. Әslindә, tәbii ki, gәtirmәdi, amma
gәtirә dә bilәrdi, hәr halda, bunu inkar elәmәk olmaz. Hal-
buki hәr keçәn dәqiqәdә hansısa başqa hadisәlәr dә ola
bilәrdi. Elә bir hadisә ki, o, gerçәklikdә nә Osvensimdә, nә
dә, mәsәlәn, evimizdә atamla ayrıldığım gün baş vermә-
mişdi”, – dedim.
Mәnim son sözlәrim dinmәzcә oturmuş qoca Şteyneri
süstlükdәn çıxardı. “Axı biz neylәyә bilәrdik ki?” – dedi.
Onun üzündә incik, narazı ifadә vardı. Cavab verdim ki,
“tәbii, heç nә elәyә bilmәzdik, ya da bәlkә, çox şey edә
bilәrdik, amma bu da, heç şübhәsiz, sizin heç nә
elәmәdiyiniz qәdәr mәnasız iş olardı”. Sözlәrimin mәnasını
onlara izah elәmәyә çalışdım: “Amma söhbәt ondan get-
mir”. “Bәs söhbәt nәdәn gedir?” – ikisi dә hövsәlәdәn çıxıb
soruşdu. Elә özüm dә hirslәnmәyә başladığımı hiss edib
belә cavab verdim: “Addımlardan, söhbәt addımlardan
gedir. Hәr adam imkanı çatdığı qәdәr addım atır. Mәn dә