Page 230 - talesiz
P. 230
İMRE KERTES

yazdı, vәrәqi cırıb mәnә verdi. Burada onun adı vә
redaksiyanın ünvanı yazılmışdı. Mәnimlә “tezliklә
görüşmәk ümidilә” ayrıldığını bildirdi vә dolu, isti,
yüngülcә tәrlәmiş әlinin әlimi mehribancasına sıxdığını hiss
elәdim. Onunla söhbәt mәnә heç dә darıxdırıcı yox, әksinә,
xoş tәsir elәmişdi, özü isә istiqanlı adama oxşayırdı. Onun
izdihamın içindә gözdәn itmәsini gözlәyib, sonra verdiyi
kağızı tulladım.

Bir neçә addım gedәndәn sonra evimizi gördüm. Ev
dağılmamışdı, salamat idi, kәnardan pis görünmürdü.
Darvazanın qapısında mәni әvvәlki qoxular, pillәkәnә
çatanda isә mәftil şәbәkәylә hörülü şaxtanın içindәki
230 köhnәlmiş lift, tәrtәmiz sarı pillәlәr qarşıladı. Bir az
yuxarıda yaşadığım unudulmaz anlarla yaddaşımda qalan
meydançanı gördüm. İkinci mәrtәbәyә qalxıb, qapımızın
zәngini basdım. Qapı açıldı, amma zәncirli siyirmәnin
imkan verdiyi qәdәr. Mәn bir az tәәccüblәndim dә, çünki
qapımızda belә bir zәncirin olduğu yadıma gәlmirdi.
Qapının arasından yad bir adam boylandı. Ortayaşlı,
sarıbәniz, arıq sifәtli qadın kimi istәdiyimi soruşdu. Cavab
verdim ki, mәn burada yaşayıram. “Yox, burda biz
yaşayırıq” deyib, qapını bağlamaq istәdi, amma bacarmadı,
çünki ayağımı qapının arasına qoymuşdum. Ona izah
elәmәyә çalışdım ki, yanılır; axı mәn bir il әvvәl mәhz bu
evdәn getmişdim. Dәqiq bilirdim ki, sәhv gәlmәmişәm,
bura bizim evimizdir. Qadin isә inandırmağa çalışırdı ki,
guya yanılıram, heç bir şübhә ola bilmәz ki, bura onların
evidir. Vә gülәr üzlә, nәzakәtlә, eyni zamanda tәәssüflә
başını bulayıb qapını örtmәyә cәhd elәdi, mәn isә öz
növbәmdә ona mane olmağa çalışdım. Sonra bir anlıq
başımı qaldırıb baxdım ki, bәlkә, doğrudan da, qapının
nömrәsini sәhv salmışam. Görünür, özümdәn asılı olma-
yaraq, bu vaxt ayağımı qapıdan çәkmişdim, qadının
cәhdlәri dә uğurla nәticәlәnmişdi – qapını örtüb, açarla iki
dәfә bağladığını eşitdim.
   225   226   227   228   229   230   231   232   233   234   235