Page 231 - talesiz
P. 231
TALESİZ 231
Pillәkәnlә aşağı endim. Birdәn qarşıma çıxan tanış
qapı mәni ayaq saxlamağa mәcbur elәdi. Zәngi basdım
vә tezliklә qapıda iri cüssәli, yöndәmsiz bir qadın peyda
oldu. O da tәlәsik qapını bağlamaq istәdi (bu, mәni qәti
tәәccüblәndirmәdi), amma bu dәm arxasında qalın eynәk
şüşәsi parıldadı, dәhlizin yarıqaranlığında Fleyşman
dayının solğun bәnizi göründü, yanında da öz yekә
qarnıyla, kürәn saçlı iri başıyla, ayağındakı çәkәlәklәr vә
damağındakı ucuz siqaretlә Şteyner dayı (bir il әvvәl, o
mәşum gömrükdәn qabaq necә görmüşdümsә, elәcә
qalmışdı). İkisi dә çaşqın halda üzümә baxırdılar. Sonra
elә ikisi dә birdәn adımı çәkdi, qoca Şteyner hәtta mәni
bu görkәmdә (әynimdә zolaqlı düşәrgә paltarı, başımda
furajka vardı) qucaqladı da. Sonra dartıb mәni otağa
apardılar. Fleyşman xala isә tәlәsik özünü mәtbәxә verdi
ki, “yoldan gәlmiş uşaq” üçün yemәyә bir şey tapsın.
Belә situasiyalar üçün adi olan suallara (Haradan
gәlirsәn? Nә vaxt tutulmuşdun? Harada idin? vә s.) cavab
vermәli oldum. Sonra özüm dә bir neçә sual verdim,
öyrәndim ki, bizim mәnzilimizdә, hәqiqәtәn, indi
başqaları yaşayır. “Bәs biz?” Cavab vermәk üçün söz
tapmadıqlarını görüb soruşdum: “Atam necәdi?” Bu
yerdә karıxıb daş kimi susdular. Birazdan kiminsә
(deyәsәn, Şteyner dayının) әli yavaşca qalxdı, mәnә sarı
uzanıb kürәyimdәn aşağı sürüşdü. Onların danışıqla-
rından bircә bu fikri tuta bildim ki, “kәdәrli xәbәrin
doğruluğuna şübhә elәmәk üçün, tәәssüf ki, heç bir әsas
yoxdur”, çünki “mәlumat keçmiş silahdaşlarının dedik-
lәrinә әsaslanır”. Bir sözlә, dediklәrindәn belә çıxırdı ki,
atam “alman düşәrgәlәrinin birindә uzun çәkmәyәn
xәstәlikdәn sonra vәfat edib”. Qәribәsi budur ki, düşәrgә
Avstriya әrazisindә yerlәşirdi.
– Adı ... mmm...
– “Mauthauzen”, – deyә onlara kömәk elәdim vә ikisi
dә sevincәk: