Page 226 - talesiz
P. 226
İMRE KERTES

varlığının özü tәbii deyil...” Deyәsәn, axır ki, lazımi sözü
tapa bilmişdi. Mәn cavab vermәdim, çünki yavaş-yavaş bir
şeyi anlamağa başlamışdım: görünür, elә mәsәlәlәr var ki,
onları kәnar adamlarla müzakirә elәmәk mәnasız işdir.
Çünki onlar işin içindә deyillәr, belә demәk nә dәrәcәdә
doğru olar, bilmirәm: o adamlar mәsәlәnin mahiyyәtini
anlamırlar.

Bu zaman mәnә yaxşı tanış olan meydanı gördüm vә
sanki birdәn-birә ayıldım. Әvvәlki meydandı, amma pis
günә qalmış, elә bil bir qәdәr tәnhalaşmışdı. Mәn burada
düşmәliydim vә bunu hәmsöhbәtimә dedim. Amma qatar-
dan o da mәnimlә birgә düşdü vә söykәnәcәyi qırılmış
226 skamyanı göstәrib, kölgәlikdә bir neçә dәqiqәliyә oturmağı
tәklif elәdi. Әvvәlcә mәnә elә gәldi ki, özünü itirib, sözә
nәdәn başlayacağını bilmir. Bir qәdәr susandan sonra dedi
ki, әslindә, “bütün dәhşәtlәrin әsl mahiyyәti indi-indi açılır;
bütün dünya hәlә dә bu sualın qarşısında çaşıb qalıb ki,
ümumiyyәtlә, belә şeylәrin baş vermәsi necә
mümkündür?” Mәn bir söz demәdәn kirimişcә oturub
qalmışdım. O, mәnә sarı dönüb, gözlәrimin içinә baxdı vә
qәfildәn soruşdu: “Oğul, orda gördüklәrini vә yaşadıqlarını
bölüşmәk istәrdin?” Bir qәdәr tәәccüblәndim, dedim, çәtin
ki, ona nәsә maraqlı bir şey danışam. Gülümsünüb dedi:
“Mәnә yox, dünyaya danışacaqsan”. Daha bәrk
tәәccüblәndim: “Mәn dünyaya nәdәn danışmalıyam?”
“Düşәrgә cәhәnnәmindәn”, – dedi. Etiraz elәdim, dedim ki,
bu barәdә, ümumiyyәtlә, heç nә danışa bilmәrәm, çünki
cәhәnnәmi tanımıram, heç tәsәvvürüm belә yoxdur. Onda
mәnә izah elәmәyә başladı ki, bu, müqayisә üçün deyilmiş
sözdür: “Sәncә, düşәrgәni cәhәnnәmdәn başqa necә
adlandırmaq olar?” Mәn çәkmәmin dabanıyla torpaqda
çevrәlәr cıza-cıza dedim ki, hәr kәs düşәrgәni öz istәdiyi
vә bacardığı kimi tәsәvvür elәyә bilәr. Mәnә gәlincә isә,
oranı yalnız hәbs düşәrgәsi kimi tәsәvvür elәyirәm, çünki
mәnim az-çox bәlәd olduğum düşәrgәlәrdә cәhәnnәm yox
   221   222   223   224   225   226   227   228   229   230   231