Page 222 - talesiz
P. 222
İMRE KERTES
qalmış binalar isә dәlik-deşik, pәncәrәlәri çilik-çilikdi.
Amma tramvayın marşrutu çox tanış gәlirdi. Bir qәdәr
sonra düşdüyümüz meydanı da tanıdım. Yardım mәntәqәsi
hәlә dә yadımda qalan kinoteatrın qarşısındakı böyük, boz
rәngdәki çirkli inzibati binada yerlәşirdi. Hәyәt dә, vestibül
dә, dәhlizlәr dә adamla dolu idi. Bәzisi oturmuşdu, bәzisi
ayaq üstә durmuşdu, kimisi ora-bura qaçır, sәs-küy salır,
kimisi dә susurdu. Әksәriyyәtinin әynindә mühafizәsiz
qalmış anbarlardan әldә etdiyi rәngbәrәng, qәribә paltarlar,
uniformalar, müxtәlif ordulara mәxsus papaqlar vardı.
Bәzilәri (elә mәn özüm dә) zolaqlı düşәrgә paltarında idi.
Ağ köynәk geyib, qalstuk taxmağa da imkan tapanlar vardı
222 vә әllәrini bellәrinә qoyub, Osvensimә göndәrilәnә qәdәr
olduğu kimi, yenә dә tәmkinlә hansısa vacib mәsәlәni
müzakirә edirdilәr. Bir dәstә adam müxtәlif düşәrgәlәrdәki
şәraiti xatırlayıb müqayisә aparır, o biri dәstә onlara yardım
mәqsәdilә ödәnәcәk kompensasiyanın növünü, mәblәğini
müәyyәn elәmәyә çalışırdı. Başqa bir dәstә icraatda әsassız
lәngimәlәrdәn narazılıq edir, deyirdilәr ki, kimsә
başqalarının hesabına imtiyaz әldә edir, bu qәdәr
әdalәtsizlikmi olar? Bircә mәsәlәdә hamının fikri üst-üstә
düşürdü: böyük ehtimalla, hәlә xeyli gözlәmәk lazımdır.
Bütün bunlardan dәhşәtli dәrәcәdә ürәyim sıxıldı,
basabasda bir az әzildim vә torbamı çiynimә aşırıb yenidәn
hәyәtә düşdüm, oradan da qapıya tәrәf yönәldim. Yenidәn
kinoteatrı gördüm, fikirlәşdim ki, bәlkә, sağa gedim.
Yaddaşım mәni aldatmırdı – bir-iki yolayrıcından keçsәm,
“Unutma mәni” küçәsinә çatacaqdım.
Evi rahat tapdım; sağ-salamatdı vә mәnә elә gәldi ki,
әtrafdakı sarı, boz rәngli bir neçә köhnәlmiş evdәn heç nә
ilә fәrqlәnmir. Darvazadan içәri girdim, qapının ağzında
köhnәlib saralmış, kәnarları qatlanmış kağız asılmışdı:
sakinlәrin siyahısı idi. Diqqәtlә baxdım, mәnzilin nömrәsi
dә düz gәlirdi, üçüncü mәrtәbәyә qalxmalı idim. Köhnә,
turşmәzә qoxu gәlәn pillәkәnlә tәlәsmәdәn yuxarı qalxdım.