Page 221 - talesiz
P. 221
TALESİZ 221

dәyişmәmişdi, elә bil bu anlaşılmaz vәziyyәtә son vermәk
istәyirdi. – Bununla belә, şәxsәn öz gözlәrinizlә oranı
görmәk imkanınız olmayıb?” Dedim ki, “yox, olmayıb, Al-
laha şükür, olmayıb”. Cavabında qısaca: “Aha, belә”, – dedi
vә başını bulayıb dik yerişlә, sifәtindәki әdalı, özündәnrazı
ifadәylә (hәr halda, mәnә elә gәldi) aralanıb getdi.

Bu vaxt bizi sәslәdilәr ki, “qaçın, qatar gәldi”. Mәn
enli, taxta pillәkәndә özümә rahat yer düzәltdim. Bir dә
sәhәr gözümü açdım. Qatar lәngәr vura-vura irәlilәyirdi,
tәkәrlәr relslәri döyәclәyirdi. Tezliklә fikir verdim ki,
yanından keçdiyimiz yaşayış mәntәqәlәrinin adı artıq
macar dilindә yazılıb. Yoldaşlarım o tәrәfdә parlaqlığı ilә
göz qamaşdıran Dunayı göstәrdilәr. Sübh şәfәqinin işığında
әriyәn, titrәyәn bütün bu mәkan isә macar torpağı idi. Bir
qәdәr keçәndәn sonra qatar hisli, başdan-ayağa deşik-deşik
olmuş tağlı şüşә damın altında dayandı. Divarlarda şüşәlәri
sındırılmış pәncәrәlәr görünürdü. “Qәrb vağzalıdır”, – deyә
әtrafımdakılar dillәndilәr. Doğrudan da, ora idi, artıq mәn
dә tanımışdım. Yay günәşi vağzalın qarşısındakı meydanın
sәkisini işığa qәrq elәmişdi. Hava isti, tozlu idi, әtrafı sәs-
küy bürümüşdü, getdikcә toplaşan insan kütlәsi böyüyür,
nәqliyyat uğuldayır, nәrildәyirdi. Yanımızdan ötәn tram-
vaylar sarı rәngdә idi, ön pәncәrәsindә altı rәqәmi
yazılmışdı, demәli, bu da dәyişmәmişdi. Әllәrindә cürbәcür
piroqlar olan, müxtәlif qәzet vә digәr xırda-xuruş satan
alverçilәr ora-bura vurnuxurdular. İnsanlar gözümә çox
gözәl, amma nәsә vacib işlәri varmış kimi görünürdülәr.
Hamı harasa tәlәsir, sürәtlә yeriyir, itәlәşir, müxtәlif
istiqamәtlәrdә qaçışırdılar. Belә başa düşdüm ki, biz dә
yardım mәntәqәsinә tez çatmaq üçün tәlәsmәliyik. Orada
adımızı qeyd etdirmәliydik ki, bizә pul vә sәnәd, yaşamaq
üçün zәruri әşyalar versinlәr. Yardım mәntәqәsi digәr
vağzalın – Şәrq vağzalının әrazisindә yerlәşir. Biz ilk
döngәdәcә tramvaya oturduq. Küçәlәr mәnә xarabalıq kimi
görünürdü, sıra ilә düzülәn evlәr darmadağındı, salamat
   216   217   218   219   220   221   222   223   224   225   226