Page 216 - talesiz
P. 216
İMRE KERTES
ki, onu boğan qәhәr hissiylә mübarizә aparır. Sәsi gah
qırılır, gah sәrtlәşirdi; demәk olar ki, bağırırdı. “Wir sind
frei!” – yәni: “Biz azadıq!” Ürәyimdә fikirlәşdim ki, belә
çıxır, düşәrgә rәisi dә Petka, Boquş, hәkim vә digәrlәri ilә
hәmfikirdir. Bir halda ki, bu xәbәri şәxsәn, özü dә açıq-
aydın sevinc hissiylә çatdırır, demәli, rәis dә, necә deyәrlәr,
onlarla eyni havanı çalır. Sonra Lageraltester qısa, amma
mәzmunlu bir nitq söylәdi, ardınca da başqa dillәrdә
danışdılar. Mәsәlәn, “Atansyon, atansyon!”1 deyә fran-
sızlara edilәn müraciәti eşitdim. Sonra sәslәnәn “Puzor,
puzor!” çağırışı, sәhv elәmirәmsә, çex dilindә idi. “Diq-
qәt, diqqәt! Rus vәtәndaşlar, diqqәt!” – bu melodik in-
216 tonasiya bura gәldiyim gün hamamçılar briqadasının
yanımda danışdığı dil haqqında qәfildәn yaddaşımda xoş
xatirәlәr oyatdı. Reproduktordan sәs gәldi: “Uqava,
uqava!”2
Qonşu çarpayıda yatan polyak hәyәcanla yerindә otu-
rub bizә çәmkirdi: “Çixa bonc! Teraz polski kommunistı!”3
Yalnız indi başa düşdüm ki, o adamın bu gün sәhәrdәn elә
hey vurnuxub, özünә yer tapa bilmәmәsinin sәbәbi nә imiş.
Bu zaman mәni heyrәtlәndirәn bir hadisә baş verdi – ra-
diodan sәs gәldi: “Diqqәt, diqqәt! Düşәrgәnin Macar
komitәsi...” Ürәyimdә fikirlәşdim ki, buna bax ha, belә bir
şeyin olduğu heç ağlıma da gәlmәyib. Amma nahaq yerә
diqqәtlә qulaq asırdım, macarlar da digәrlәri kimi ancaq
azadlıq haqqında danışırdı, sәbirsizliklә gözlәdiyim yemәk
barәdә isә bir kәlmә dә deyәn yoxdu. Tәbii ki, azadlığa
çıxmağımıza mәn dә hәdsiz dәrәcәdә şad idim. Amma
özümlә bacarmırdım vә axşamın bu saatına qәdәr bizә
yemәk verilmәdiyini düşünmәyә bilmirdim. Pәncәrәdәn
bayırda aprel alatoranı yerini yavaş-yavaş qaranlığa verirdi.
1 Atansyon, atansyon! – Diqqət, diqqət! (fr.)
2 Uqava, uqava! – Diqqət, diqqət! (pol.)
3 Çixa bonc! Teraz polski kommunistı! – Sakit olun! İndi Polşa kommu-
nistləridir!