Page 179 - talesiz
P. 179
ESİZ
Pillә-pillә aşağı düşmәyә başladıq vә bayıra çıxdıq. İki 179
dәqiqәdәn sonra boz rәngdә, geniş taxta barakda idik.
Sәhv elәmirәmsә, bura ya hospital olmalıydı, ya da
lazaret. Qısası, burada da hәr şey tәxminәn eyni cürdü,
yәni nәticә etibarilә, mәnim tәsәvvür elәdiklәrimlә tam
uyğun gәlirdi; evdәki qәdәr sadә vә adәt etdiyimiz kimi
idi. Doğrudur, hәlә dә mәnimlә niyә bu qәdәr xoş rәftar
etdiklәrini, niyә qәhvә-çörәk verdiklәrini anlaya bilmә-
mişdim. Barak boyu gәldikcә dördyaruslu bokslardan
yaxşı tanıdığımız adamlar bizi salamlayırdı. Boksların
hamısı ağzınacan dolu idi. Hәtta әn naşı göz belә (mәnim
gözümsә bu mәsәlәdә sәrrafdı) oradan boylanan keçmiş
insan sifәtlәrinin, demәk olar ki, ayırd edilmәyәcәk sıxlıq
dәrәcәsindәn, dәrisindәki yara-xora vә qotur izlәrindәn,
bir dәri, bir sümük qalmış ayaqlarından, çirkli pal-
tarından, zәif, taqәtsiz әllәrindәn dәrhal anlayardı ki, bu
detalların bolluğu hәr özәkdә beş, bәzәn dә altı insan
vücudunun varlığından xәbәr verir. Bundan başqa, boş
yataqların üstündә cidd-cәhdlә külәş döşәk axtarırdım.
Hәtta Seysdә dә xәstәlәrә döşәk verilirdi. Әslindә, etiraf
edim ki, burada keçirәcәyim müddәt üçün bu, elә dә
vacib detal deyildi. Dalınca yeni sürpriz gәldi. Biz
dayandıq vә qulağım mәni kürәyindә daşıyan adamla
başqa birisinin arasındakı qısa dialoqu eşitdi. Әvvәl
inanmadım ki, gözlәrim mәni aldadır, ya yox? Amma,
yox, sәhv elәyә bilmәzdim. Çünki barakın bu hissәsi
güclü lampalarla gur işıqlandırılmışdı. Solda vә elә bu-
rada iki sıra adi bokslar vardı. Orada isә döşәmәyә
qırmızı, çәhrayı, göy, yaşıl, bәnövşәyi adyallar salın-
mışdı, onların da üstündә birqat adyala bürünüb bir-birinә
qısılmış yeni qırxılan daz başlar, cavan üzlәr gözә
dәyirdi. Bәzilәri hәlә çox gәncdi, bәzilәri böyükdü,
amma hamısı tәxminәn mәn yaşda idi. Bunları yeni-yeni
müşahidә etmәyә başlamışdım ki, mәni yerә qoydular.