Page 171 - talesiz
P. 171
ESİZ

üzündәki ifadәdәn sәbәb asanlıqla anlaşılırdı. Mәnim 171
qonşum da digәrlәri ilә birlikdә getdi. Allaha şükür, mәnә
bir söz deyәn olmadı vә yatağımda yenidәn tәk qaldım.

Burada parazitlәrlә lap yaxından tanış oldum. Birә
ilә mübarizә aparmağı heç ağlıma da gәtirә bilmәzdim
vә bu da tamamilә aydın idi: onlar mәndәn qat-qat yaxşı
qidalanırdılar. Biti tutmaq daha asandı, amma heç bir
mәnası yoxdu. Әgәr onların әlindәn çox hirsli idimsә,
onda baş barmağımı kürәyimә yapışmış köynәyimdә
bәxtә-bәxt gәzdirirdim vә çırtıltı sәsinә әsasәn mәhv
elәdiyim hәşәratları bir-birinin ardınca sayır, qisas
hissindәn zövq alırdım. Әlbәttә ki, bir dәqiqәdәn sonra
әmәliyyatı eyni yerdә vә eyni nәticә ilә tәkrar edirdim.
Bәdәnimin hәr tәrәfindә, әn mübhәm yerlәrimdә dә bit
vardı. Başımdakı yaşıl papaq bitdәn bomboz olmuşdu.
Әn çox budumda qaşıntı hiss edәrәk, kağız sarğını
qaldırıb yaramın üstünü bit basdığını görәndә tәәccüb-
lәndim, daha doğrusu, dәhşәtә gәldim. Vahimә içindә on-
lardan xilas olmağa, heç olmasa, sarğının altını
tәmizlәmәyә çalışdım. Әminliklә deyә bilәrәm ki, heç bir
mübarizә mәnә indiki kimi perspektivsiz, müqavimәt isә
bu qәdәr inadkar, qızğın, belә demәk mümkünsә, hәyasız
görünmәmişdi. Bir müddәt sonra tәslim oldum vә bu
varlıqların qanımı acgözlüklә sümürmәlәrini, hәrisliklә-
rini, aldıqları açıq-aşkar lәzzәti sadәcә müşahidә elәmәyә
başladım: müәyyәn mәnada bu hiss mәnә tanış idi. Hәtta
ağlıma gәldi ki, yaxşı-yaxşı fikirlәşsәm, bәlkә, onları an-
laya da bilәrәm. Elә bil bu fikirdәn sonra bir az sakitlәş-
dim vә iyrәnmәk hissi dә, demәk olar, keçib-getdi.
Әlbәttә, o hәşәratların varlığı sonralar da mәni xeyli
dilxor edirdi. Elә bilirәm ki, bu, tamamilә aydın mәsә-
lәdir, hәrçәnd dilxorçuluğumun arxasında heç bir kin yox
idi. Mәn sadәcә tәbiәtdә bәzi şeylәrin, belә demәk
   166   167   168   169   170   171   172   173   174   175   176