Page 173 - talesiz
P. 173
TALESİZ 173

bir xüsusi tәәssürat yaratmırdı, hәtta deyәrdim ki, çoxdan
özümü bu qәdәr yüngül, rahat, az qala, nәşәli, bir sözlә,
belә yüksәk sәviyyәdә hiss elәmәmişdim.

Nәhayәt, uzun müddәtdәn sonra ürәyimi üzәn dilxor-
çuluqdan qurtuldum. Bәdәnimә yapışan digәr bәdәnlәr
artıq mәnә mane olmurdu, hәtta onların yaxınlıqda
olmasına, mәnә bu qәdәr bәnzәmәlәrinә, demәk olar,
mәnimlә doğmalaşmasına sevinirdim dә. İlk dәfә onlara
qarşı qeyri-adi, qәribә, bir az da utancaq duyğu canımı
bürüdü. Tamamilә mümkündür ki, bu, “doğmalarına
sevgi” adlanan nәsnәdir. Onların da mәnә eyni duyğu ilә
cavab verdiyini hiss elәdim. Doğrudur, daha onlardan
әvvәllәr olduğu kimi ümidverici sözlәr eşitmirdim. Bәlkә
dә, bәzәn iniltilәrin içәrisindәn güclә duyulan giley-
güzarlar, diş qıcırtmalarını tәsәlliyә çevirәn, ürәkdәn
gәlәn, ruhlandırıcı tәsәlli sözlәrinә bәnzәdәn vә sәmimi
edәn dә mәhz bu idi. Demәk lazımdır ki, buna qadir olan-
lar bu sәxavәtlәrini işdә dә göstәrirdilәr. Sidiyә çıxmaq
istәdiyimi deyәndә hansısa küncdәn kiminsә qayğıkeş әli
boş konserv qutusunu irәli uzadırdı. Amma bir dәfә necә
olmuşdu bilmirәm, hansı әlin kömәyilәsә altımdakı taxta
döşәmәni buz gölmәçә ilә örtülmüş daş zәmin әvәz
elәmişdi; әslindә, artıq bunun mәnimçün elә bir әhә-
miyyәti yox idi.

Buhenvalda gәlib çatdım. Bura yenidәn gәlә bilmәk
üçün xәyallar qurduğum hәmin yerdi, amma artıq o
xәyalları unutmağa imkan tapmışdım. Harada olduğumu
düz-әmәlli kәsdirә dә bilmirdim: stansiyada idim, yoxsa
düşәrgәnin özündә? Nә әtraf әrazini tanıya bilirdim, nә
dә mәnә tanış olan vә yaxşı yadımda qalmış yolu,
mülklәri, heykәllәri görürdüm. Hәr halda, mәnә elә
gәlirdi ki, mәni qoyduqları yerdә uzun müddәt heç nәyә
maraq göstәrmәdәn, sәbirlә, tәmkinlә sülh vә әmin-
   168   169   170   171   172   173   174   175   176   177   178